Tabloid.az
Bakıda Ukrayna mütəfəkkiri Taras Şevçenkonun xatirəsi anılıb
Bakıda tanınmış Ukrayna şairi, yazıçısı, mütəfəkkiri Taras Şevçenkonun xatirəsi anılıb.
Bu il T.Şevçenkonun 200 illik yubileyi qeyd olunur. Bununla
əlaqədar Ukraynanın Azərbaycandakı səfirliyi Ukrayna diasporunun
nümayəndələri ilə birgə tədbir keçirib.
Tədbir iştirakçıları Bakının Nəsimi rayonunda T.Şevçenkonun abidəsi
önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr
Mişenko qeyd edib ki, T.Şevçenkonun yaradıcılığı həmişə aktual olub
və bu gün də öz əhəmiyyətini itirməyib.
Mərasimdə çıxış edənlər mütəfəkkirin yaradıcılıq irsinin çox
qiymətli olduğunu bildiriblər.
Tədbir çərçivəsində "Barvinok" bədii ansamblı və Lesya Ukrainka
adına Sumqayıt Ukrayna Mədəniyyət Mərkəzinin ansamblı çıxış
ediblər.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO