Tabloid.az
Monika Belluççi Ülviyyə Rəhmanovanın saytına müsahibə verdi
“Gözəl sima aktrisa üçün hər şey demək deyil. Oynamaq lazımdır”.
Monika Belluççi klassik üz cizgiləri, zərifliyi, seksuallığı və şirin italyan ləhcəli ingiliscəsi ilə illər öncə hər kəsi heyran edib.
Moskvada Dolce & Gabanna kornerinin təqdimatından öncə italiyalı aktrisa və model Buro 24/7 saytına eksklüziv müsahibəsində yeni işləri, moda dünyası və kişilər haqqında danışıb.
Həmin müsahibəni sizə təqdim edirik:
- Siz Dolce & Gabbana şirkətinin ruhunu hamıdan yaxşı anlayırsınız. Sizcə, Dolçe və Qabbana tandeminin digər dizaynerlərdən fərqi nədədir?
- Mən uzun illərdir ki, onlarla həm dostluq edirəm, həm də
çalışıram. Məni 1989-cu ildə gənc italyan model kimi ilk dəfə kəşf
ediblər. İllər keçsə də bu cütlük hələ də məni reklam
kampaniyalarında iştirak etməyə və markanın siması olmağa dəvət
edirlər. Bu heyranedicidir. Dolce & Gabanna-nın spesifikliyi də
məhz bu münasibətdədir: gözəllik gənclik demək deyil.
- Model sənətindən aktrisalığa keçmək çətin olmadı?
- Mən moda biznesində 20 yaşımda çalışmağa başladım və kinoda özümü
sınamaq qərarı verdim. Bir sahədən digərinə keçid məndən səbir və
güc tələb edirdi. Modellik gözəlliyi ötürmək sənətidirsə, kinoda
aktrisa oynamağı bacarmalıdır. Xarici gözəllik aktrisa üçün hər şey
demək deyil.
- Monika Belluççi kişilərdə hansı xüsusiyyətləri qiymətləndirir?
- Şəxsi təcrübəmdən çıxış edərək nə isə demək çətindir, çünki hər
bir hal fərdidir. Bəzən sənə dəyər verməyən birinin dərdindən
ölürsən. Bir sözlə, mələklər kimi şeytanlar da cəlbedicidir.
- İndi nə üzərində çalışırsınız?
- Emir Kusturitsanın “Sevgi və müharibə” filmində çəkilirəm. Bu,
müharibədən keçən və daha sonra rahib olan insanın həyatından bəhs
edir. Mən filmdə onun sevdiyi qadın rolundayam. Çəkilişlər
Serbiyada aparılır. Oranın təbiətinə və adət-ənənələrinə heyran
qalmışam. Hətta serb dilini öyrənmək haqqında da düşünürəm.
/Gecce.az
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək