Tabloid.az
Brüsseldə “Azərbaycan cazı” gecəsi - FOTOLAR
Martın 19-da azərbaycanlı caz ustası və bəstəkarı Əminə Fiqarova Brüsseldə konsert proqramı ilə çıxış edib.
Publika.az Eunews.az-a istinadən xəbər verir ki, gecə boyu Əminə xanım öz repertuarından yeni və köhnə bəstələri seksteti ilə birgə özünəməxsus üslubda ifa edərək zalı dolduran caz həvəskarlarına zövqlü bir tamaşa bəxş edə bilib. Gecənin proqramında onun son albomu olan “Twelve”-dən parçalar üstünlük təşkil edirdi.
“Gecədə Azərbaycan cazı ifa edəcəksinizmi” sualına o, belə cavab verib: “Mən təmiz azərbaycanlı bəstəkaram və mənim bəstələdiyim hər bir parça Azərbaycan cazı hesab olunmalıdır”. "Hər kəs düşünür ki, azərbaycan cazı özündə mütləq muğam elementləri daşımalıdır, ancaq muğamla cazı sintez etmək üçün, muğamı dərindən bilmək lazımdır. Muğamı bilmədən onu cazla sintez etmək sadəcə Azərbaycan mədəniyyətinə hörmətsizlikdir", - deyə xanım Fiqarova əlavə edib. Əminə Fiqarova həmçinin öz bəstələrində azəri ritmlərindən istifadə etdiyini də vurğulayıb.
İsmayıl
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR