Tabloid.az
Tanınmış aparıcının beyninə qan sızıb, durumu ağırdır - FOTO
Türkiyənin tanınmış aktyoru və “Kim milyonçu olmaq istəyər” şousunun aparıcısı Kənan İşıkın beyninə qan sızıb. Təcili olaraq xəstəxanaya çatdırılan İşık əməliyyat olunub. Məlumata görə, 67 yaşlı Kənan İşıkın əməliyyatı 4 saat davam edib.
Aktyorun çatdırıldığı “Amerikan” xəstəxanası İşıkın vəziyyəti barədə yazılı açıqlama yayıb. Açıqlamada, reanimasiya şöbəsində olan aktyorun həyatı üçün təhlükənin davam etdiyi bildirilib.
“Saat 14.29-da huşsuz vəziyyətdə xəstəxanamızın təcili yardım şöbəsinə gətirilib. Beyninə qan sızdığı müəyyən edilərək dərhal əməliyyat olunub. Həyatı üçün təhlükənin davam etdiyi aktyorun müalicəsi reanimasiya şöbəsində davam edir”.
Qeyd edək ki, ötən gün aktyor Kənan İşık getdiyi saunalardan birində müvazinətini itirərək yıxılıb və başından aldığı travma nəticəsində beyninə qan sızıb. /anspress/
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi