50 kiloluq paltarı Aygün Kazımovanı səhnədə yıxdı - VİDEO
Bizi izləyin

Tabloid.az

50 kiloluq paltarı Aygün Kazımovanı səhnədə yıxdı - VİDEO

Xalq artisti Aygün Kazımova Qəbələ konserti ilə bağlı açıqlama verib.

Xalq artisti Aygün Kazımova Qəbələ konserti ilə bağlı açıqlama verib.

Müğənni “Onlar” verilişinə açıqlamasında martın 25-də baş tutacaq mərasimdə hər kəsi təəccübləndirəcəyini iddia edib:

“Qəbələ konsertində elə bir libasda səhnəyə çıxacam ki, hamı təəccüblənəcək. Hazırlanan libasın üstündə 200 metr zəncir vardı. Çəkisi isə 50 kiloqram idi. Bir igid istəyirəm ki, o paltarla səhnədə rəqs etsin. Paltarı geyinən kimi vaxsey deyib, yıxıldım yerə. İndi zəncirlərini azaldırlar. Amma çalışırlar dizayn pozulmasın. Konsertlə bağlı Nahid Emiloğlu ilə Türkiyədəki rəhbərlərim danışır. Gecədə özəl qonaqlarım olacaq: çalışdığım şirkətin rəhbəri Samsun bəyin (DMC musiqi şirkətinin rəhbəri Samsun Demir - red.) həyat yoldaşı da onlar arasında yer alacaq. Bu mənə olan diqqətin, sayğının göstəricisidir. Onlar ancaq Ajda Pekkanın, Tarkanın, Sibel Canın konsertinə gedirlər. Bir sözlə münsiflər gəlir, mənə baxmağa. Mən bu 26 ildə nə münsiflər gördüm (gülür)”.

Yeniliklərindən danışan A.Kazımova apreldə növbəti albomunun işıq üzü görəcəyini bildirib:

“Aprelin əvvəli albom çıxacaq. Bu müddətdə imicim üzərində çalışırdılar. Konsertdə yeni imicimlə olacam. Hətta sizə deyim ki, belə bir xəbərlər də çıxacaq: “Heç kimin edə bilmədiyini, Azərbaycan qızı etdi. Türklər belə bunu etmədi”. Bu cümlələr mənim növbəti piarımdandır".

Xatırladaq ki, Aygün Kazımovanın Qəbələ konserti Nahid Emiloğlunun təşkilatçılığı ilə martın 25-də “Qafqaz sport hotel”də baş tutacaq. Xalq artisti gecədə Türkiyənin tanınmış rəqs qrupu ilə şou göstərəcək. /Axşam.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm