Tabloid.az
Məşhur aktrisa ilə müğənni boşandılar
Amerikalı aktrisa, Hollivud ulduzu Qvinet Peltrou və əri, musiqiçi Kris Martin boşanıblar.
Milli.Az Reuters-ə istinadən bildirir ki, Peltrou ilə Martinin
dediklərinə görə, onlar ötən il ayrılmaq qərarına gəlsələr də, bir
il fikirləşiblər.
"Bir-birimizi çox sevirik. Qəlbimizdə kədər ayrılırıq. Biz ailəyik və həmişə ailə olaraq qalacağıq. Əvvəlki dönəmlərlə müqayisədə indi bir-birimizə daha yaxınıq", - Peltrou və Martinin "Şüurlu ayrılıq" (Conscious Uncoupling) adlı birgə açıqlamasında deyilir.
Bu açıqlama Qvinet Peltrouya məxsus goop.com saytında
yerləşdirilib. 41 yaşlı Qvinet Peltrou ilə Britaniyanın "Coldplay"
qrupunun lideri, 37 yaşlı Kris Martin 2003-cü ilin dekabrında
evlənmişdilər. Onların Mozes adlı oğulları və
Epl adlı qızları var.
Aktrisa ilə musiqiçinin boşanma səbəbləri bəlli deyil.
Associated Press bildirir ki, onlar son vaxtlar tədbirlərə birlikdə
qatılmırdılar. TMZ vurğulayır ki, ötən ayın sonlarında Kris Martin
Londonun Belsayz Park səmtində 12 milyon dollar malikanə alaraq tək
yaşamağa başlamışdı.
Boşanmanın əsas səbəbi kimi onların ABŞ-da yaşamaları göstərilir.
2003-cü ildəki toydan sonra uzun müddət Londonda yaşayan Peltrou
ilə Martin ötən il Los-Ancelesə köçmüşdülər. Məhz bu köçdən sonra
ərlə arvadın münasibətləri korlanmağa başlayıb.
Boşanmanın təşəbbüskarının Kris Martin olduğu deyilir. Çünki Londona alışmış musiqiçi ABŞ-a öyrəşə bilmirdi. Halbuki Peltrou sadəcə, doğulduğu şəhərə dönmüşdü
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO