Tabloid.az
Rasim Balayev dostu barədə: “Qızını boğub öldürdu, sonra...”
O, səhnəyə çıxıb bir kəlmə deməsə də, səhnə dolu görünürdü. Eləcə də, filmdə. Enerjisi o qədər çox idi ki, hər kəsin diqqətini üzərinə çəkməyi bacarırdı. İşıqlı aktyor idi, ən gözəl sözləri onun haqqında söyləməyə dəyər.
Bu sözləri Publika.az-a xalq artisti, sevilən aktyor Rasim Balayev sənət dostu, görkəmli aktyor Məmmədrza Şeyxzamanovu yad edərkən deyib.
Qeyd edək ki, Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Məmmədrza Şeyxzamanovun bu gün xatirə günüdür.
Ayazlı-şaxtalı qış günündə bu həyatla vidalaşan aktyor sənət ömrünü çəkildiyi filmlərdə davam etdirir. Rasim Balayev "Nəsimi" filmini xatırlayır:
“Onda çox cavan idim, çəkiliş meydançasında Məmmədrza Şeyxzamanov kimi müqqədir aktyoru görəndə çaşıb qaldım. Çünki o, xəyallarımın aktyoru idi. Birdən-birə onunla qarşılaşmaq, eyni filmdə çəkilmək məni həyacanlandırırdı. Şeyxzamanov oynamırdı, o, rolunu yaşayırdı. Yadımdadır ki, “Nəsimi”də Şəmsin, atası Şeyx Əzəm tərəfindən boğulduğu kadr çəkilirdi. Məmmədrza Şeyxzamanov qəddarlıqla qızını boğub öldürdü, sonra da oturub ağladı. Əslində, heç o kadrda ağlamalı deyildi. Amma o qədər roluna aludə olmuşdu ki, şeyxzamanovluqdan çıxmışdı. Kadr lentə alınandan sonra bir kənara çəkilib hönkürdü. Onu sakitləşdirə bilmirdilər. Dedi ki, qızımı məcburiyyət qarşısında öldürdüm. Hamı onu başa saldı ki, a kişi, bu roldur, səni heç kim qınamır. “Tütək səsi” filmini xatırlayın. Orda oynadığı rol o qədər təbii və səmimi idi ki, onun aktyor olduğunu unudurdun. Həyatda da elə təbii insan idi, yalan-palanla arası yox idi”.
Xalq artisti, Şeyxzamanovun mükəmməl aktyor olmaqla yanaşı, gözəl insan, şəxsiyyət olduğunu da dilə gətirib:
“Şeyxzamanov bütün vücudu və işıqlı daxili aləmi ilə koloritli aktyor idi. Rejissorlar onu filmə çəkməkdən ötrü əldən-ayaqdan gedirdilər. Çünki bilirdilər ki, hansı filmə çəkilsə, o film uğur qazanacaq. Əzəmətli səsi, yaraşıqlı boy-buxunu, gözəl aurası ilə hər kəsi özünə valeh etməyi bacarırdı. Eyni zamanda, gözəl insan idi. İpək kimi yumşaq xasiyyəti vardı. Bütün aktyorlar ona hörmətlə yanaşırdılar. Bu sevgini və hörməti özü qazanmışdı. Xoşbəxtəm ki, elə nəhəng aktyorlarla eyni filmdə çəkilmişəm. Şeyxzamanov haqqında nə qədər gözəl söz desəm, azdır”.
Xatırladaq ki, Məmmədrza Şeyxzamanov teatrda müxtəlif tamaşalarda oynamaqla yanaşı, kinoya da çəkilib, radio və televiziyada çıxış edib.
“Əhməd haradadır?” kinokomediyasındakı Şirin kişi, “Liftçi qız”dakı rəssam, “Gilas ağacı”ndakı Qulam baba, “Nəsimi”dəki Şeyx Əzəm, “Tütək səsi”ndəki İsfəndiyar kişi, “Qızıl uçurum”dakı Qurban kişi M.Şeyxzamanovun ən maraqlı kino işləridir.
Xalq artisti M.Şeyxzamanov 1984-cü ildə 69 yaşında vəfat edib.
Cəvahir Səlimqızı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"