Tabloid.az
Hüseyn Dəryanın cəsədinin ekspertizası ilə bağlı rəsmi açıqlama
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyindən mərhum reper Hüseyn Dəryanın cəsədinin ekspertizadan keçirilməsi ilə bağlı açıqlama veriblər.
Birliyin baş direktoru Şakir Musayev açıqlamasında reperin ölüm
səbəbləri ilə bağlı yayılan xəbərlərin hamısının şayiə olduğunu
söyləyib. Onun sözlərinə görə, Hüseyn Dəryanın cəsədi ekspertizadan
keçib:
“Əgər onun meyidi meyidxanaya daxil olubsa, müayinə də olunub. Meyidin müayinəsi haqqında təlimat var.Ekspert rəy tərtib edəndə orada yazdığı hər bir cumləyə görə, yanlış və şişidilmiş cavab yazmamağa, təlimatdan kənara çıxmamağa görə və məsuliyyət daşıdığına görə qol çəkir. Onun ölüm səbəbləri yayan insanlar hadisənin şahididirlərmi? Dövlət tərəfindən bu işləri araşdıran insanlar var. Onların bu işdə nə maraqları var? Bu məsələni araşdıran dövlət qurumları və polis orqanları var. Meyit müayinəyə gəlib. Tam da müayinə olunub. Bir ay müddətində bütün suallar cavablandırılacaq”.
Qeyd edək ki, martın 15-dən 16-na gecən gecə məşhur reper Hüseyn
Dərya idarə etdiyi "99 EK 575" nömrə nişanlı “Opel Astra” markalı
minik avtomobili ilə Heydər Əliyev Beynəlxalq Hava limanına gedən
yolda qəzaya düşüb və yerləşdirildiyi 3 saylı Sabunçu şəhər
xəstəxanasında dünyasını dəyişib. Onun ölümü ilə bağlı bir çox
şayiələr yayılıb. Ölümündən sonra onun barəsində çoxsaylı şayiələr
yayılmışdı./Anspress
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA