Tabloid.az
Leyla Əliyeva "Azərbaycan. Tolerantlıq məkanı" sərgisinin açılışında
Aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan. Tolerantlıq məkanı" sərgisi açılmışdır.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva,
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın tanınmış
siyasi və mədəniyyət xadimləri, Azərbaycan səfirliyinin və Heydər
Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Ümumrusiya
Azərbaycan Konqresinin nümayəndələri iştirak edirlər.
Reza Deqati dünya şöhrətli fotojurnalistdir. O, son 30 ildə
dünyanın bütün qitələrini gəzib dolaşaraq, hər bir ölkədə
insanların həyatını müxtəlifliyi ilə fotoaparatın yaddaşına
köçürür. Reza Deqatinin "Talelərin qovuşması", "Müharibə+Sülh",
"Ümid", "Qəlbin pəncərəsi" və digər layihələri dünyada məşhurdur.
O, Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu
universitetlərin fəxri doktoru, Fransa Respublikasının "Xidmətlərə
görə" ordeninin sahibidir.
Tanınmış fotojurnalistin Azərbaycana marağı 1987-ci ildən
yaranmışdır. 1997-ci ildə Reza Deqati bir neçə ay Azərbaycanda
yaşamış, Odlar Yurdunu qarış-qarış gəzmiş, hər bölgədə sadə
insanların həyatını, adət-ənənələri öyrənərək
əbədiləşdirmişdir.
"Azərbaycan. Tolerantlıq məkanı" sərgisi ilk dəfə 2013-cü ilin
noyabrında Parisdə keçirilmişdir. Sərginin açılışında Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdi.
Moskvada təşkil olunmuş sərgidə Reza Deqatinin 26 foto əsəri -
əsrlər boyu Azərbaycan torpağında dinc yanaşı yaşamış müsəlman,
xristian və yəhudi icmalarının həyatından bəhs edən fotoşəkillər
nümayiş etdirilir.
Reza Deqatinin foto işləri Azərbaycanın timsalında müxtəlif dini
icmaların bir-birinə hörmət və ehtiram şəraitində yaşamasının
mümkünlüyünü sübut edir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu