
ANS-in efirində aktrisa Fidan Axundovanı pərt ediblər. Publika.az-ın məlumatına görə, “Bazar səhəri Rövşanə ilə” verilişində qonaq olarkən Rövşanə aktrisa Fidana gələn SMS-i oxuyub: “Xanımlıqdan danışır, amma utanmır, ayağını ayağının üstünə aşırıb”.
Mesajdan özünü itirən aktrisa əsəblərini cilovlaya bilməyib: “Mən uzun əlbisə geyinmişəm və buna görə, ayağımı ayağımın üstünə aşırmışam. Belə də ki, lap əcəb eləmişəm”.
Cəvahir Səlimqızı