Tabloid.az
Hüseyn Dəryanın ilk videosu yayıldı
Mərhum reper Hüseyn Dəryanın dostu Kənan M.M. onun ilk efir görüntülərini yayıb.
ANS PRESS-in xəbərinə görə, tanınmış rejissor Kənan M.M (Mahmudov) ötən ay dünyasını dəyişmiş dostu Hüseyn Dəryanın ilk efirə çıxdığı zaman çəkilən video görüntülərini yayıb.
Məşhur reperin qonaq olduğu ilk efirində digər həmkarı Anar Nağılbaz və meyxanaçı Namiq Qaraçuxurlu da iştirak edib.
Rejissor Kənan M.M. paylaşdığı videoda həmin veriliş günü dostu ilə yaşadıqları qısa bir xatirələrini də yazıb:
"2001-ci il Dəryanın ilk efiri. 207 nömrəli avtobusla getdik, kanalın girişində köynəyinin düyməsi qırıldı. Dərya, "ay daa ay brat, mən indi nə edəcəm?" dedi və mənim paltarımı geyindi. Həmişə zarafatla ələ salırdım onu. Ona görə ki, paltar əyninə bir baz böyük idi. Can, Dərya, can! Məkanın Cənnət olsun, AMİN!"
Qeyd edək ki, Hüseyn Dərya bu il martın 15-dən 16-na keçən gecə idarə etdiyi "99 EK 575" nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili ilə Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb və yerləşdirildiyi 3 saylı Sabunçu şəhər xəstəxanasında dünyasını dəyişib.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO