Tabloid.az
Emin Sabitoğlunun mahnısına erotik klip çəkildi - VİDEO
Mərhum bəstəkar, Azərbaycanın xalq artisti Emin Sabitoğlunun müəllifi olduğu qeyd olunan mahnıya erotik klip çəkilib.
"Youtube"-da yayımlanan müğənni Rusonun ifa etdiyi “Ay gecə” adlı mahnıya çəkilən klipin anonsları diqqət çəkib. Belə ki, açıq-saçıq geyimlərdə rəqs edən gənc kollektivlərdən və daha çox erotik görüntülərdən ibarət klipin anonsunda diqqət çəkən əsas məqamlardan biri 20-ci əsrin 80-ci illərinin gəncliyi ilə günümüzün gəncliyi arasında olan geyim və rəqs fərqidir.
Qısa araşdırma zamanı məlum olub ki, Rusonun ifa etdiyi “Ay gecə” mahnısının musiqi müəllifi bəstəkar Emin Sabitoğlu deyil. Mahnının əsl müəllifi Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesinin motivləri əsasında 1987-ci ildə çəkilən eyniadlı filminin bəstəkarı və mahnının ilk ifaçısı olan Qasım Xəlilovdur.
Erotik görüntülərdən ibarət çəkilən klipin anonsunda digər nəzərdən yayınmayan məqam isə mahnının sözlərinin müəllifinin Həsən Ağayevin olmasıdır. Amma mahnının sözlərinin əsl müəllifi Azərbaycanın xalq şairi Nəbi Xəzridir.
Onu da bildirək ki, mahnının sözlərində əlavə və dəyişiklik olub. /Bakupost/
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri