Tabloid.az
Azərbaycanlı rəssamın xeyriyyə sərgisi keçiriləcək
Bakıda yanvarın 24-də tanınmış sənət adamı – şair-publisist, rəssam Adil Mirseyidin növbəti – ikinci fərdi sərgisi keçiriləcək.
Sərgi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai
Birliyi ilə Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil
edilib.
Sərgi “satış-sərgi” janrında keçiriləcək və xeyriyyə xarakteri
daşıyacaq. Belə ki, Adil Mirseyidin səhhətində uzun müddətdir davam
edən problemlər onun uzunmüddətli ciddi müalicə almasını zəruri
edib və bu səbəbdən “satış-sərgi”dən əldə ediləcək vəsait onun
tədbirdə iştirak edən ailə üzvlərinə təhvil veriləcək ki,
sənətçinin müalicəsi prosesinə bir dəstək olsun.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət
vəkili Qənirə Paşayeva sənətsevər ictimaiyyətimizin A.Mirseyidin
gözəl sənət əsərlərini seyr etmək üçün sərgiyə gələcəklərinə, öz
dəstəklərini göstərəcəklərinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının Art
Qalereyasında keçiriləcək. /Gun.az
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər - VİDEO
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO