Tabloid.az
Leyla Əliyeva sərgi ilə tanış olub
Mayın 26-da Heydər Əliyev Mərkəzində XX əsrin görkəmli
fotoqraflarından olan Anri Kartye-Bressonun “Paris” adlı fərdi
sərgisi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə
tanış olub.
“Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani görkəmli
fotoqraf Anri Kartye-Bressonun həyat və yaradıcılığından geniş
söhbət açıb. Diqqətə çatdırıb ki, Heydər Əliyev Mərkəzində bu
sərginin təşkili Fransa və Azərbaycan arasında məsafənin qısalığını
bir daha təsdiqləyir.
Xatırladaq ki, Anri Kartye-Bresson 1908-ci ildə Fransanın Şantelup
şəhərində doğulub. Onu fotojurnalistikanın sütunu adlandırırlar.
Məşhur fotoqraf rəssamlıqla da məşğul olmuşdur. O, fotoqrafiyada
zamanın və “həlledici an”ın roluna böyük əhəmiyyət verib.
“Magnum photos” fotoagentliyinin yaradıcılarından olan Anri
Kartye-Bresson sadə insanlarla yanaşı, XX əsrin ən mühüm
hadisələrini və bir çox məşhurların - İren və Frederik
Jolio-Kürilər, Anri Matiss, Alber Kamyu, Pol Valeri, Vilyam
Folkner, Trimen Kapote, Xoan Miro, Merilin Manro, Koko Şanel, Jan
Pol Sartr və digərlərinin fotolarını lentə almışdır.
Anri Kartye-Bresson 2004-cü ildə vəfat etmişdir. Hazırda onun
əsərləri dünyanın bir çox muzeylərinin kolleksiyalarında
saxlanılır.
Sonra sərgiyə baxılıb.
“Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani təmsil
etdiyi şirkətin kitabını Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevaya təqdim edib.
Sərgidə müəllifin müxtəlif illərdə və fərqli mövzularda lentə
aldığı 80-dən çox əsər nümayiş olunur. Bu əsərlər müəllifin daim
mövzuya və öz yaradıcılığına yüksək hörmət hissi ilə yanaşdığını
bir daha təsdiqləyir.
Heydər Əliyev Mərkəzində məşhur fransız fotoqrafı Anri
Kartye-Bressonun fərdi sərgisi iyulun 27-dək davam edəcək.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya2 May 17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa2 May 17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!