Tabloid.az
UNESCO-da dolma və plov keyfi - FOTOLAR
UNESCO-nun mənzil iqamətgahındakı restoranda Azərbaycan mətbəxi günləri başlayıb.
Nüfuzlu beynəlxalq təşkilatda zəngin Azərbaycan mətbəxini məşhur
“Buta Palace” restoranının aşpazları təqdim edirlər.
Restoranın baş direktoru Mikayıl Zeynalov müsahibəsində Heydər
Əliyev Fondunun ölkəmizin milli dəyərlərini dünyanın ayrı-ayrı
ölkələrində təbliğ etmək məqsədilə həyata keçirdiyi müxtəlif
layihələrdən söz açıb.
Bildirilib ki, hazırda Fondun UNESCO-nun və ölkəmizin bu qurum
yanındakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşan
Azərbaycan mətbəxi günləri həmin layihələrin tərkib hissələrindən
biridir.
Sevindirici haldır ki, xalqımızın mətbəx nümunələrini təqdim etmək
məhz “Buta Palace” restoranına etibar edilib. Bu etimadı layiqincə
doğrultmaq üçün restoranın baş aşpazı Oqtay Cəfərovun rəhbərliyi
altında Alim Daşdəmirov, Anar Qubatov, Aqil Abbasov və Zaur Vazehi
kimi təcrübəli aşpazlar əllərindən gələni əsirgəmirlər.
Aşpazlarımız müştərilərə əsasən çoban, manqal və incə salatları,
dovğa, düşbərə, doğramac, üzüm və pip yarpağından hazırlanmış
dolmalar, lülə kabab və xalqımızın ən sevimli xörəyi hesab edilən
şah plovu təqdim edirlər.
Diqqətə çatdırılıb ki, müştərilər ilk gündən milli mətbəximizin
nümunələrinə böyük maraq göstərirlər. Onların sayının artması isə
bunu bir daha təsdiqləyir. Müştərilər, həmçinin ölkəmizə də böyük
maraq göstərirlər. Biz onları maraqlandıran suallara ətraflı cavab
verir, mətbəximizə dair məlumatların əks olunduğu disklər
paylayırıq.
UNESCO-da Azərbaycan mətbəxi günləri iyunun 6-dək davam
edəcəkdir.
UNESCO-dakı restoranın müdiri Cyril Ogapfel isə qeyd edib ki,
Azərbaycan mətbəx nümunələri ilə ilk tanışlıq, xörəklərin
müxtəlifliyi və keyfiyyəti mənim üçün sözün əsl mənasında
möcüzədir. Mənə dedilər ki, şah plov azərbaycanlıların süfrəsinin
bəzəyidir. Toylarınız plovsuz ötüşə bilməz. Bu, artıq xalqınızın
qədim ənənələrinin təcəssümüdür.
Əvvəllər Aralıq dənizi sahillərində yerləşən ölkələrin, xüsusilə
İtaliya, Fransa, Livan və digərlərinin milli mətbəxi ilə tanış
olduğunu deyən Cyril Ogapfel Azərbaycan yeməklərinin dadına,
çeşidinə görə onlardan tamamilə fərqləndiyini xüsusilə
vurğulayıb.
“Azərbaycanda olmasam da, ölkənizin strateji resurslarla zənginliyi
barədə geniş məlumatım vardır. Digər tərəfdən isə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə
təşkil olunan konsertlər və digər tədbirlər ölkəniz haqqında hamıda
zəngin təəssürat yaratmağa və məlumat əldə etməyə imkan verir”.
/AzərTac/
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?