Ağzı oruc olan şou əhli - SORĞU - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ağzı oruc olan şou əhli - SORĞU - FOTOLAR

Mübarək Ramazan ayı davam edir. Görəsən, sənətçilərimizdən oruc tutan varmı? Publika.az onlar arasında sorğu keçirib.

Xalq artisti Məleykə Əsədova Ramazan ayının ilk günündə oruc tutub: “Ramazanın ilk günündə oruc tutdum, ğAllaha dualar etdim. İş qrafikimlə bağlı oruc tuta bilmirəm. Amma əhya günlərində oruc saxlayacağam. Dilə gətirmək yaxşı iş deyil, amma bu il də oruc tutan insanlar üçün iftar süfrəsi açacağam”.

Əməkdar artist Gülüstan Əliyeva səhhəti ilə bağlı oruc tuta bilmədiyini deyir: “Təzyiqim həmişə aşağı olur, buna görə də həkimlər mənə ac qalmağa icazə vermir. Amma bunun əvəzinə Allah rizası üçün fitrə, zəkat verirəm”.

Əməkdar artist Elza Seyidcahan da Allaha ibadət edənlər sırasındadır. Sənətçi oruc tutur. Dediyinə görə, axıra qədər də orucunu tutacaq. Əvvəllər “Instagram”da müxtəlif fotolarını paylaşan Elza Ramazan ayı girəndən bəri yalnız üzərində dini ayələr yazılmış şəkillər paylaşır.

Xalq artisti Nisə Qasımova da oruc tutan sənətçilər sırasındadır. Dini ibadətlərə önəm verən xanım sənətçi oruc tutmaqla bərabər, namaz da qılır.

Müğənni Kərim oruc tutur, özü də ayın sonuna qədər ağzı oruclu olacağını deyir. Hər zaman dini ibadət etdiyini deyən Kərim bunu Allah qarşısında müqəddəs borc sayır.

Xatirə İslam bir gün də olsun, orucunu buraxmadığını söyləyir. Əvvəldən axıradək oruc tutacağını deyən Xatirəni nə susuzluq qorxudur, nə də aclıq.

Allah orucunuzu qəbul eləsin!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm