Tabloid.az
İtalyan oxuculara Azərbaycandan sürpriz - Foto
Yarımçıq əlyazma” italyan dilində də çap olunacaq.
İtaliyanın məşhur nəşriyyat evlərindən olan “Sandro teti editore”
nəşriyyatı yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanını
italyan dilində çapa hazırlayır.
Axar.az xəbər verir ki, əsəri italyan dilinə romanın rus və ingilis dili versiyasından rus dili mütəxəssisi və tərcüməçi Danieli Franzione tərcümə edib. Ön sözün müəllifi Orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də sivilizasiyalararası münasibətlər üzrə mütəxəssis, Florensiya Universitetinin deportamentin rəhbəri professor Franko Kardini, kitabın redaktoru isə professor Bernardenidir. Kitab çap olunana qədər isə italyan oxucular romanla ilkin tanışlıq imkanı əldə edəcəklər.
İtaliyanın məşhur “Sole 24 Ore” qəzeti əsəri 3 ay ərzində hissə-hissə oxuculara təqdim edəcək. Qəzet yalnız həftənin bazar günləri mədəniyyət xəbərlərini təqdim edir. Qəzetin bu buraxılşında dünyaca məşhur yazarların əsərləri yayımlanır. “Yarmçıq əlyazma” əsəri də elə bu səhifədə çap olunacaq. Gündəlik maliyyə-iqtisadiyyat xəbərlərini yayımlayan qəzetin bir ədəbiyyat nümunəsinə - “Yarmçıq əlyazma” romanına marağı və diqqəti çağdaş Azərbaycan ədəbiyyatının böyük uğuru, eyni zamanda əsərin əhəmiyyətinin, dəyərinin göstəricisidir.
Xatırladaq yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı “Le Manuscrit inacheve” adı ilə Fransada, “Eksik əl yazması” adı ilə Türkiyədə, Rusiyada “Неполная рукопись”, Brazilyada “O Manuscrito İnacabado”, Polşada “ Zagadkowy Rykopis”, ABŞ-da “The İncomplete Manuscript”, Qazaxıstanda “Толык емес колжазба”, Avstriyada isə “Das unvollstandige manuscript” adı ilə çap edilib.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir








.jpg)
.png)

























