Dünyanın ən uzun çəkən filmi
Bizi izləyin

Tabloid.az

Dünyanın ən uzun çəkən filmi

Filmin uzunluğuna görə dünya rekordu vurmağı planlaşdıran İsveç kinorejissoru Anders Veberq “Ambiance” üçün 72 dəqiqəlik treyler buraxıb.

Rejissorun ehtimalına görə, “Ambiance” filminin uzunluğu 720 saat çəkəcək. Filmə əvvəldən axıradək baxmaq üçün yatmadan və istirahət etmədən bir ay vaxt lazımdır.

Rejissor, həmçinin 2016 və 2018-ci illərdə yeddi saatlıq və 72 saatlıq treylerlər də buraxmaq niyyətindədir. Veberq filminin prokatına bütün kinoteatrlarda eyni zamanda – 2020-ci il 31 dekabr tarixindən başlamağı, sonra isə filmin nüsxələrini yox etməyi planlaşdırır.

Filmin treylerinə “Thelongestfilm.com” saytında baxmaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm