Tabloid.az
Aygün Kazımovadan müraciət
Hazırda Türkiyədə olan Xalq artisti
Aygün Kazımova sosial şəbəkə izləyicilərinə müraciət
ünvanlayıb.
ANS PRESS-in məlumatına görə, imicində yenidən
dəyişikliklər etməyi qarşısına məqsəd qoyan müğənni hazırda
İstanbulda istirahət edir. Havaların isti keçməsinə görə isə
müğənni sosial şəbəkə izləyicilərini humanist bir addım atmağa
dəvət edib.
"Dostlar, xahiş edirəm bacardığınız qədər küçəyə,
bloklarınızın qarşısına küçə heyvanlarının içə biləcəyi qabda su
qoyun. Havalar çox istidir, küçə heyvanları isə su tapmaqda
çətinlik çəkir. Bu da küçə heyvanlarının ölümü ilə nəticələnir. Çox
xahiş edirəm, əməl edək." - deyə müğənni sosial şəbəkədə müraciət
yazıb.
Bundan başqa, Xalq artisti mətbuata verdiyi yeni
açıqlamasında tezliklə imicində etdiyi dəyişikliklərlə hamını
təccübləndirəcəyini vurğulayıb. Bir müddət əvvəl paylaşdığı
şəkillərdə hər gün – səhər-axşam idman etdiyini bildirən sənətçi,
bununla yanaşı, həm tennis oynayır, həm də günün müxtəlif
saatlarında hovuzda üzgüçülüklə məşğul olur.
Qeyd edək ki, Xalq artisti İstanbulda olduğu
müddətdə yeni “Təsadüf” adlı mahnısına klip çəkdirəcək.
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO