Tabloid.az
Əli Mirəliyev: “Brilliant, sən hardan sənətkar oldun?” – QALMAQAL
Əli Mirəliyev orucluqda ağzını açdı, nə açdı. Müğənni Nadir Qafarzadənin bir neçə gün bundan öncə “kim mənə sənətkar deməsə, mikrofonu onun başında sındıraram” açıqlaması müğənnini özündən çıxarıb.
Publika.az-a ürəyini boşaldan şou-biznesin acıdıl müğənnisi bu müsahibəsi ilə aləmi bir-birinə vuracaq. Mirəliyev necə qəzəblənmişdisə, Nadir yaddan çıxdı, düşdü o biri sənətçilərin üstünə, özü də hədəfi xalq artistləri oldu.
- Mən zamanında Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Qulu Əsgərov, Sara Qədimova kimi sənətkarlarla kolxozlarda, sovxozlarda konsertlər vermişik. Bu sənətkarlar, bir dəfə də olsun, özlərinə sənətkar demədilər. Mən bunun şahidi olmadım. Ayıb bilərdilər e, onlar özlərini sənətkar adlandırmağı.
- Varmı indi belə sənətkarlar?
- İndi də var belə sənətkarlar, Alim Qasımov, Arif Babayev, Ağaxan Abdullayev, Akif İslamov, Aygün Bayramova, lap elə mən. Sağlığında insan özünə sənətkar deməz e. Rəhmətə gedəndən sonra deyəcəklər ki, Alim Qasımov, Arif Babayev, Ağaxan Abdullayev, Akif İslamov, Nisə Qasımova, Əli Mirəliyev sənətkar idi.
- Bəs kimlər sənətkar olmasa da, özünə sənətkar
deyir?
- Biri elə Brililant. Familiyası da yadımdan çıxdı e…Yadıma sal, görüm.
- Dadaşova…
- Hə, Dadaşova. Bir mahnı oxuyur e, “Mən sənətkaram”. Brilliant,
sən hardan sənətkar oldun? ”Qırmızı qərənfil” ansamblı, yəni
özfəaliyyət səviyyəsində oxuyan müğənnisən. Sən nəyin, hansı
sənətin sənətkarısan? Sənətkarlar heç özünə sənətkar demir, sən
başlamısan ki, mən sənətkaram.
- Bunun günahı kimlərdədir sizcə?
- Kimdə olacaq, efirlərdə. Əvvəllər bir telekanal vardı, ora da hər adam çıxa bilməzdi. İndi hər gün bir telekanal açılır, mal vuran, iynəyə oturanlar da yığışır ora. Mahnıya bax də: “Hallana-hallana gəldim, sallana-sallana getdim”. İynələnib çıxır efirə, hallanmağından danışır. Əəə, bunu efirə buraxandadır e günah. Hallanmısan qaxıl otur evində. Efirə çıxıb niyə musiqinin adına ləkə vurursan. Meyxanaçı qoyub adını, hallanmağından danışır. Xeyri yoxdur e, nə qədər danışıram, deyirəm. Yenə də elədiklərini eləyirlər.
- Bəs bunun qarşısını necə almaq olar?
- Eləsini efirə yaxın buraxmaq lazım deyil. Bir mahnı oxuyurlar, camaata yalvarırlar ki, əl çalsınlar. Sənətkar da özünə alqış istəyər? Mal vuran da efirə çıxar? Çoxu da xalq artistləridir, adlarını alıblar, arxayınlaşıblar. Mən də qalmışam qıraqdan baxa-baxa. Sizin kimi jurnalistlər mənə ağsaqqal kimi yaxınlaşıb məsləhət istəyirlər. Mən də danışıram, ağzımı açıram. Başlayırlar mənə hücum etməyə. Düz söz acı olur axı...
Cəvahir Səlimqızı
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR