Tabloid.az
Rasim Balayev: “Allah möhlət versin, yaşamaq istəyirəm” – FOTOLAR, VİDEO
Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, milli kinomuzun bənzərsiz aktyoru Rasim Balayevin bu gün doğum günüdür. “66”nın kürəyini yerə vuran sevimli sənətkarımızı biz də təbrik etdik və doğum günü təəssüratlarını paylaşdıq. Danışmağı heç sevməyən gözəl sənətkarımız, əslində, deyəcəklərini demişdi, kinomuzda yaratdığı təkrarolunmaz rolları ilə… Bizlər o filmlərə baxa-baxa böyümüşük. Onun yaratdığı təkcə Nəsimi obrazı yetər ki, Rasim Balayevin adı milli kinomuzun tarixinə düşsün. Elə düşüb də…
Qeyd edək ki, Ağsu bölgəsində dünyaya göz açan sevilən sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rola çəkilib, 200-ə yaxın milli filmimizdə - "Nəsimi", "Babək", "Dədə Qorqud", "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı"və s. - gözəl obrazlar yaradaraq tamaşaçı sevgisi qazanıb. Azərbaycan milli kinosunda misilsiz xidmətləri olan aktyor həmçinin "Özbəkfilm"də, "Mosfilm"də və başqa studiyalarda filmlərə çəkilib.
- Necəsiniz, doğum günündə hansı
ovqatdasınız?
- Nə bilim, ad günüdür də, yaşlaşıram, yaşa dolanda insan necə olar, mən də elə…
- Ay Rasim müəllim, nə qocalıq? Maşallah, min cavana dəyərsiniz, qocalıq heç yel olub yanınızdan ötə də bilməz…
- Çox sağ ol, amma yox, yaş öz işini görür, istəsək də, istəməsək də, qocalırıq. Qurban olum Allaha, nə qədər ömür verib, özü bilən məsləhətdir. Amma qocalığı danmaq olmaz.
- İlk təbriki kimdən aldınız?
- Elə səhərdən telefonum susmur, hamı zəng edir, arzularını bildirir. Bilənlər bilirdi, bilməyənlər də radiodan eşidib, zəng ediblər. Deyirlər, səhər tezdən radioda doğum günümü təbrik ediblər.
- Amma biz radiodan eşitməmişik, avqustun 8-də ad gününüzün olduğunu çoxdan bilirik. Qeyd edəcəksiniz ad gününüzü?
- Yox, elə ailə üzvlərimiz yığışıb, qazan asacaq və ailə daxilində qeyd edəcəyik.
- Təmtərağı sevmirsiniz, deyəsən.
- Vaxtilə təmtəraqlı ad günləri keçirmişəm. 50 yaşım tamam olanda 150 nəfər yığışıb, təmtəraqlı ad günü keçirdik. Ondan sonra doğum günümə yığışan insanların sayı azaldı. İndi də elə özümüz, ailə yığışırıq.
- Hədiyyə aldınız?
- Yox, hədiyyə-zad yoxdur. Elə ailə üzvlərim köynək, ətir alıb
hədiyyə edir. Yəqin, bu dəfə də belə olacaq. Bilirlər ki, ətir
sevənəm.
- Elə bir dostunuz varmı ki, onun təbrikini eşitmək istərdiniz, amma eşidə bilmirsiniz?
- Dostlarımdan eşitmək istərdim. Amma indi o dostlarımın çoxu
rəhmətə gedib. Qalan dostlar da artıq telefonla təbrik
ediblər.
- Arzularınızı bilmək maraqlı olardı, Tanrıdan özünüzə nə arzulayırsınız?
- Allah mənə bir az da möhlət versin, bir qədər də yaşamaq
istəyirəm. Amma sağlam ömür istəyirəm, qalan ömrümü xəstə yatağında
keçirmək istəməzdim. Başqa nə arzulaya bilərəm ki...
- Bəs sənətdə, yaradıcılıqda arzularınız yoxdur?
- İndiyə qədər sənətdə eləyə bildiklərimi eləmişəm.
- Bəs indən belə?
- Yaxşı bir ssenari olar, məni dəvət edərlər, oynayaram. Amma
məsələ burasındadır ki, yaxşı ssenarilər yazılmır, yoxdur. Yaxşı
əsərlər yazanların sayı azalıb e… Vaxt vardı, Cəfər Cabbarlı adına
Kinostudiyada birdəfəyə 20-30 ssenari təqdim edərdilər. Hamısı da
keyfiyyətli ssenarilər idi. Bizi də dəvət edirdilər, filmlərə
çəkilirdik. O filmlər milli kinomuzun ən yaxşı filmləridir. Amma
indi elə keyfiyyətli işlər yoxdur. Gərək yaxşı ssenarilər olsun ki,
yaxşı filmlər də ərsəyə gəlsin.
- İndiyə qədər çəkildiyiniz filmlər arasında ən çox ürəyinizcə olan rolunuz hansı olub?
- Mən hansı filmdə hansı rolu oynamışamsa, ürəklə oynamışam.
Ürəksiz oynadığım rol olmayıb. Rollarımı sevə-sevə yaratmışam. Elə
indi də ürəyimə yatmasa, heç bir filmdə oynamaram. Yaxşı ssenarilər
gözləyirəm, olsa, təklif etsələr, niyə də çəkilməyim?
- Əslində, sizin kimi sənətkar üçün məxsusi ssenarilər yazılmalıdır…
- Yazılmır da, yazılmır… Yazsınlar, mən də oynayım.
Publika.az sevilən aktyorumuzu ad günü münasibəti ilə təbrik edir, ona yaradıcılıq uğurları və ən əsası, can sağlığı arzulayır.
Cəvahir Səlimqızı
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU