Tabloid.az
Daha bir azərbaycanlı "Ginnesin Rekordlar Kitabı"na düşə bilər
Qubalı pəhləvan Laçın Abdulhüseynovun adı
“Ginnesin Rekordlar Kitabı”na düşməyə namizədlərin sırasına daxil
edildi.
Publika.az AzərTAc-a istinadən
xəbər verir ki, pəhləvanımız bu uğura avqustun 3-də Gürcüstanın
Dmanisi şəhərində yeni dünya rekordunun müəyyən edilməsi ilə
əlaqədar keçirilən tədbirdə nail olub. O, Qafqaz Dünya Rekordları
Federasiyasının təşkil etdiyi mərasimdə 2 nominasiyada yeni dünya
rekordunu təzələməyi bacarıb.
Azərbaycan pəhləvanı qeyri-adi üsulla, göz, həm də hulqum
nahiyəsində 33 kiloqram ağırlığı qaldırmaqla hamını
təəccübləndirib. Bununla da Laçın Abdulhüseynov “Ginnesin Rekordlar
Kitabı”na namizəd adını qazanıb. Bundan əvvəlki dünya rekordu 24
kiloqrama bərabər idi.
Avqustun 8-də Quba Gənclər Mərkəzində yerli gənclərin iştirakı ilə
Laçın Abdulhüseynovun uğuruna həsr olunan görüş keçirilib. Tədbirdə
adı artıq “Ginnesin rekordlar kitabı”na düşən soydaşımız
Etibar Elçiyev və Quba Rayon Gənclər və İdman
İdarəsinin rəisi Mustafa Nöhbalayev çıxış edərək
pəhləvanımızın qazandığı uğurun əhəmiyyətindən danışıblar.
Tədbirdə dünya rekordunu yeniləməyi bacaran pəhləvana fəxri fərman
təqdim olunub.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər