Tabloid.az
Qaraçı kralları Bakıda
Dünyada “qaraçı kralları” kimi tanınan
məşhur “Los Reyes Gipsy Kings” qrupu sentyabrın 13-də Bakıda çıxış
edəcək.
ANS PRESS-in məlumatına görə, qrup paytaxtımızda
uzun illərdir dünya səhnələrində oxuduqları ən məşhur hitlərini
təqdim edəcək. Təşkilatçılar sürpriz də vəd
edirlər.
Qrupu tanınmış flamenko ifaçısı Xose Reyesin
övladları Nikolas və Andre Reyes qardaşları yaradıblar. Onlar
qohumları Jak, Moris və Tonino Balyardonu da qrupa cəlb
ediblər.
1986-cı ildə musiqiçilər prodüser Klod Martineslə
tanış olublar. Müasir pop musiqisinin ritmlərini və elementlərini
öz bəstələrinə gətirdikdən sonra qrupun taleyində köklü
dəyişikliklər olub. "Djobi Djoba" və "Bamboleo" kimi mahnılar
qrupun vizit kartına çevrilib. Onlar üçün ən önəmli cəhətləri
yüksək ifaçılıq qabiliyyəti, ehtiras və tükənməyən musiqi
sevgisidir.
Yaxın zamanlarda "Los Reyes Gipsy Kings" qrupunun
konsertinin biletləri satışa çıxarılacaq.
-
Rəsmi xronika15:10
İlham Əliyev qəbul keçirdi - Yeniləndi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər - VİDEO
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO