Abbas Bağırov Türkiyədə həbs olundu - FOTO
Bizi izləyin

Tabloid.az

Abbas Bağırov Türkiyədə həbs olundu - FOTO

Müğənni Abbas Bağırov polisə yaxalandığı yerdə çəkilən fotosunu sosial şəbəkədə paylaşıb. Publika.az-ın məlumatına görə, əslində, müğənni real həyatda deyil, klipində həbs olunub.

Müğənni fotonun altından bu sözləri yazıb: "Tezliklə yeni klip, yeni albom, yeni mahnılarla görüşünüzə gələcəyəm. Çox az qaldı".

Görünür, müğənni digər klipinə diqqət cəlb etmək üçün keçmiş klipindən istifadə etməli olub.

Qeyd edək ki, həmin klip Türkiyədə bir türk rejissorunun yozumunda ərsəyə gəlmişdi. Sevgi motivləri üzərində qurulan həmin klipdə Abbas polislər tərəfindən yaxalanmışdı. Həmin klipin görüntüləri də o ərəfədə böyük səs-küyə səbəb olmuşdu. Hər kəs Abbasın Türkiyədə həbs olunmasından danışırdı. Klip təqdimatından sonra həqiqət üzə çıxdı.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm