Tabloid.az
Puşkinin kitablarına 30 milyon qiymət qoyuldu
Əntiq kitablar evinin ekspertlərinin qiymətləndirmələrinə görə, ilk iki auksionda təqdim ediləcək kitab kolleksiyasının yalnız bir hissəsinin dəyəri 15 milyon, tam kolleksiyanınkı isə 30 milyon dollardır.
Axar.az xəbər verir ki, oktyabrın 9-da Moskvadakı “Nikitski əntiq kitablar evi”ndə ümumi dəyəri 30 milyon dollar olan əntiq kitab və əlyazmaların özəl kolleksiyasının hərracı keçiriləcək. Əntiq kitablar evinin rəhbəri Sergey Burmistrov bildirib ki, ilk öncə Puşkinin sağlığında nəşr olunan kitablar hərraca çıxarılaxaq. Onun sözlərinə görə, kolleksiyaya “qızıl” və “gümüş” əsrinin yazarları – Lermontov, Qoqol, Qriboyedov kimi qələm ustalarının da sağlığında işıq üzü görən kitabları, həmçininTurgenev, Tolstoy, Çexovun avtoqrafları, XIX əsrin görkəmli rəssamları Brüllov, Şedrovskinin tabloları və digər nadir eksponatlar daxil edilib.
“Bunu “Puşkin və onun ətrafı”, Puşkin dövrünün bütün məşhur ədibləri də adlandırmaq olar”.
Qeyd edək ki, həmişə olduğu kimi, bu dəfə də auksion öncəsi sərgi keçiriləcək. Sərginin oktyabrın 1-9-da keçiriləcəyi planlaşdırılıb.
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ