Tabloid.az
Leyla Əliyeva: “Mən onu bir neçə il əvvəl kəşf etdim”
Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində fransız rəssam Bernar Buffenin (1928-1999) fərdi sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.
Publika.az-ın Heydər Əliyev Mərkəzinə istinadən verdiyi məlumata görə, rəssamın Bakıdakı ilk sərgisində 43 əsər nümayiş olunacaq. Onların sırasında müəllifin “Sirk”, “Dantenin cəhənnəmi”, “Dərisi soyulmuşlar” silsilələrindən rəsmləri, eyni zamanda, avtoportretləri var.
Açılış mərasimi ərəfəsində Bernar Buffenin əsərlərinin
reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Kataloqda ön sözün
müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
O, Bernar Buffenin əsərlərinin Bakıya gətirilməsindən və dünyanın
istedadlı memarlarından olan Zaha Hadid tərəfindən layihələndirilən
Heydər Əliyev Mərkəzində sərgilənməsindən məmnunluq hissi
keçirdiyini qeyd edib: “Mən Buffe və onun əsərlərini bir neçə il
əvvəl kəşf etdim. Elə həmin an da onun rəsmlərinə vuruldum.
Fikrimcə, Buffenin əsərləri emosiyalarla zəngindir və rəssamın
xeyli dərin duyğularını ifadə edir. Buffenin hətta ən qaranlıq
rəsmləri belə pozitiv enerji verir və bizə onun çox həssas ruhunun
dərinliklərini görməyə imkan yaradır. Onun əsərlərinin yaydığı
enerji çox güclüdür - sadəcə, rəsmlərə baxmaq məni xoşbəxt bir
aləmə aparır”.
Bernar Buffenin Heydər Əliyev Mərkəzindəki sərgisi 15 yanvar 2015-ci il tarixinədək davam edəcək.
Qeyd edək ki, Bernar Buffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. Rəssam melanxolik, monoxrom əsərləri ilə məşhurlaşıb. О, “Fəxri Legion”, “İncəsənət və Ədəbiyyat” ordenlərinin kavaleri olub. 1973-cü ildə Yaponiyada Bernar Buffe Muzeyi yaradılıb. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 71 yaşında intihar edib.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri