Tabloid.az
Məşhurların evlərinə kimlər gəlib-gedirmiş? – SORĞU
Azərbaycanın görkəmli mədəniyyət, incəsənət və söz xiridarlarının həyat və yaradıcılığı kimi, onların yaşadıqdarı məkanlar da hər zaman maraq doğurub.
Söhbət xatirə, daha doğrusu, ev muzeylərindən gedir. Maraqlıdır, görəsən, son zamanlar xatirə muzeylərinə gedən ziyarətçilərin sayı nə qədərdir? Muzeylər arasında sorğu keçirib, bunu araşdırmağa çalışacağıq.
Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti, Bülbülün Memorial Muzeyindən başladıq. Öyrəndik ki, il ərzində muzeyin 2500-dən artıq ziyarətçisi olur ki, bunlardan yalnız 150-200 nəfərini əcnəbilər təşkil edir. Qonaqların əksəriyyətinin tələbə və şagirdlərdən ibarət olduğunu deyən muzey əməkdaşı ziyarətçilərin Bülbülün ev muzeyinə hər zaman maraqla gəldiklərini söylədi: “Gənclər tərəfindən axın çox güclüdür. Onların arasında musiqiçilər də az deyil. Biz istərdik ki, digər təbəqədən olan insanlar da muzeyimizin ziyarətçiləri olsunlar”.
Muzeydən bizə onu da bildirdilər ki, Bülbülün Memorial Muzeyi 4 ekspozisiya otağında yerləşdirilib. 3 otaq xatirə kimi saxlanıb, biri isə sərgi otağıdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci il sentyabrın 26-dək yaşayıb-yaradıb. Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanıb. Onların arasında orijinal əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, incəsənət əsərləri, şəxsi və məişət əşyaları var. Bülbülün Şüşada yerləşən ev muzeyi 1992-ci ildən etibarən, Şuşanın işğalından sonra öz fəaliyyətini dayandırıb.
Xalq şairi Səməd Vurğunun adını daşıyan ev muzeyinə gələn ziyarətçilərin sayı il ərzində 2000 nəfəri keçir. Bu muzeydə də əcnəbi ziyarətçilər say etibarı ilə azlıq təşkil edir. Burda da ziyarətçilərin əksəriyyəti tələbə və şagirdlərdir.
Öyrəndik ki, muzey xalq şairinin ömrünün son illərində yaşadığı, XIX əsrdə inşa edilmiş yaşayış binasının 3-cü mərtəbəsində, 6 otaqlı mənzildə yerləşir. Muzeydə 3 otaq – şairin iş otağı, qonaq otağı və yataq otağı onun sağlığında olduğu kimi saxlanılır. Digər 3 otaqda isə şairin həyat və yaradıcılığını, ictimai fəaliyyətini və xatirəsinin əbədiləşdirilməyini əks etdirən ekspozisiya yaradılıb. Muzeyin fondunun əsas hissəsi olan memorial kolleksiya şairə aid əlyazmalar, kitablar, sənədlər, fotoşəkillər, hədiyyələr və ev əşyalarından ibarətdir. Bundan başqa, fondda “Təsviri incəsənət”, “Kino-foto-fono”, “Dəvətnamə, afişa və proqram”, “Qəzet və jurnallar”, “Neqativlər”, “Kitablar”, “Hədiyyələr”, “Numizmatika” bölmələri də mövcuddur.
SSRİ xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin mənzil-muzeyindən bildirdilər ki, hər il muzeyin 2 mindən artıq ziyarətçisi olur. İl ərzində 2000-ə çatan ziyarətçilərimizin çox az hissəsini əcnəbilər təşkil edir. Cəmi 100 nəfər əcnəbi ziyarətçimiz oulr. Onların sayının artırılması üçün turizm marşrutlarının yaradılmasına ehtiyac var. Belə olsa, əcnəbilər özləri ev muzeyinə gəlməyə maraq göstərərlər. Onu da söylədilər ki, il ərzində ziyarətçilərin sayını artırmaq və onlarda maraq yaratmaq üçün muzeydə vaxtaşırı mədəniyyət tədbirləri təşkil olunur.
Məlumat üçün bildirək ki, sözügedən muzey 1994-cü il sentyabrın 18-də qapılarını ziyarətçilərin üzünə açıb. Maestro Niyazi bu mənzildə 1958 -ci ildən ömrünün sonunadək yaşayıb-yaradıb. Mənzil muzeyi 5 otaqdan ibarətdir, bıınlardan 3-ü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Digər 2 olaq - ekspozisiya və artistin qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən fotoşokillər, not əlyazmaları, afişalar, proqramlar və s. eksponatlar niimayiş etdirilir. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən fotoşokillər, mülxtəlif illərdə Maestroya bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri sərgilənir.
Görkəmli şair-filosof, dramaturq H.Cavidin, Cəlil Məmməduluzadənin və digər görkəmli xadimlərin də ev muzeylərində də ziyarətçilərin təxminən eyni sayda olduğunu dedilər. Onu da öyrəndik ki, həmin muzeylərə təşrif buyuranların əksəriyyətini tələbə və şagirdlər təşkil edir. Əcnəbilərin sayca az olmasının səbəbini isə muzey əməkdaşları turist marşrutlarının olmaması ilə əlaqələndirdilər. Ümid edək ki, yaxın zamanlarda adıçəkilən muzeylərimiz turist marşrutlarına qoşulacaq və bununla da ziyarətçilərinin sayını artıracaq.
Cəvahir Səlimqızı
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər