Tabloid.az
“Xarı Bülbül” filmə köçdü - FOTO
Mini Cinema Klubda “Unudulmaz Tarixim” adlı layihə çərçivəsində hazırlanan, “Xarı Bülbül” çiçəyindən bəhs edən qısametrajlı filmin təqdimat mərasimi keçirilib.
Publika.az-ın məlumatına görə, təqdimat mərasimində yaradıcı gənclər, gənclər təşkilatının nümayəndələri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələri iştirak ediblər.
İlk olaraq, “Unudulmaz Tarixim” adlı layihəsinin rəhbəri Orxan Muxtarlı qonaqları salamlayaraq onları layihə haqqında məlumatlandırıb. Qeyd edib ki, layihənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək olmaqdan ibarətdir. Layihə çərçivəsində çəkilən və hazırlanan qısametrajlı film Şuşa və Qarabağın simvollarının, adət-ənənələrimizin hələ də yaddaşlardan silinməməsi və film şəklində yaddaşda saxlanılmasına xidmət göstərir.
Sonra “Xarı Bülbül” çiçəyi haqqında olan qısametrajlı film
iştirakçılara təqdim olundu. Film dünyada yalnız Azərbaycanda
bitən, adı Qarabağın adı ilə birgə çəkilən Şuşanın milli simvolu
“Xarı Bülbül” çiçəyi barəsindədir.
Sonda təqdimatda iştirak edən qonaqlar filmlə bağlı öz fikirlərini
bölüşüblər.
Qeyd edək ki, bu filmin çəkilişlərində rejissor – Pərvin
Qorçuyev, operator - Novruz Məmmədoğlu, montajçı - Paşa Nesibov,
rəssamı - Lalə Hüseynzadədir, rollarda - əməkdar artist Lətifə
Cahandarqızı, Vahid Orucoğlu iştirak ediblər.
Cəvahir
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri