Tabloid.az
Əcnəbilər kinostudiyaya yığışdı – FOTOLAR
Bu gün "Azərbaycanfilm" kinostudiyası Azərbaycan kinematoqrafçıları ilə Avropa kino istehsalının aparıcı mütəxəssisləri arasında peşəkar görüş keçirilib.
Publika.az-ın məlumatına görə, İncəsənət universitetinin tələbələri və rektorunun da iştirak etdiyi tədbiri "Azərbaycanfilm" kinostudiyasının rəhbəri Müşfiq Hətəmov açıq elan edib.
Avropadan gəlmiş peşəkarlar illər ərzində topladıqları təcrübəni tədbirə gələn gənclər və rejissorlarla bölüşüb. Kinostudiyanın rəhbəri Müşfiq Hətəmov bildirib ki, “Azərbaycanfilm”in 18 beynəlxalq festivalda iştirak edərək, ölkəmizin regionun kino sahəsində olan uğurunu sübut edəcək.
Roelof Jan Minneboo ssenarist, ssenari məsləhətçisi isə iştirakçılara hazırladığı prezentasiyanı təqdim edib. Ssenarist bildirib ki, yazıçı – filmin Allahıdır və onun qəhrəmanları seçmək, qərar vermək imkanı var.
Fransadan gəlmiş prodüser Guillaume de Seille isə illər ərzində öyrəndiklərini iştirakçılarla paylaşıb: "Hər kəsin ideyası var.Ancaq hər kəs film çəkmir, çəkə bilmir. Biz, əlbəttə, filmi istehsal edən zaman yaxşı ideyalar düşünürük. Çalışırıq filmə baxış çox olsun və hər kəsin diqqətini cəlb etsin. 20 illik təcrübəmə əsaslanıb deyə bilərəm ki, yaxşı ideyası olan çox film görmüşəm, lakin ssenari düzgün yazılmadığı üçün film heç bir uğur qazanmayıb. Elə buna görə, biz Azərbaycan və qərb ölkələri arasında əməkdaşlığı bu istiqamət üzrə yönəldəcəyik. Hər bir filmə sözsüz ki, maliyyə dəstəyi gərəkdir. Dəstək olacaq şəxslərin ya şirkətlərin diqqətini cəlb etməyin öz yolları var".
Cəvahir
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO