Tabloid.az
Azərbaycan “Nabat”ı yaponları heyran qoydu – FOTOLAR
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş “Nabat” tammetrajlı bədii filmi oktyabrın 23-dən 31-dək keçiriləcək 27-ci Tokio Beynəlxalq Film Festivalında nümayiş olunacaq.
Publika.az-a bu barədə filmin rejissoru Elçin Musaoğlu məlumat verib. Onun sözlərinə görə, bu barədə festivalın təşkilatçıları Tokionun məşhur kino salonlarından biri olan “Toranomon Hilss”də keçirilən mətbuat konfransında məlumat verilib.
“TİFF 2014”ün baş direktoru Yasuşi Şiina konfrans iştirakçılarını salamladıqdan sonra festivalda müsabiqəyə Azərbaycan filmi ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin kinostudiyalarında istehsal olunmuş 14 ekran əsərinin buraxıldığı deyilib. Bunlar 92 ölkədə istehsal edilmiş 1373 film arasından seçilib. Doqquz gün davam edəcək festival rejisorlar Don Holl və Kriss Vilyamsın “Böyük qəhrəman 6” ekran əsəri ilə başlayacaq və Takaşi Yamazakinin “Parazit” filmi ilə başa çatacaq.
Festivalın münsiflər heyətinə Ceyms Qann (sədr), Con H.Lii,
Robert Luketiç, Erik Hu, Debbi Mak-Vilyams və Hiroşi Şinaqava kimi
tanınmış kino xadimləri daxildirlər.
Festivalda müsabiqəyə buraxılan “Nabat” filmi doqquz gün ərzində
Tokionun məşhur “Ropponqi Hills”, “TOHO Cinemas Nihonbashi” və
digər kino salonlarında nümayiş olunacaq. “Nabat” filmində Qarabağ
müharibəsinin dramatik hadisələrindən biri canlandırılır.
Filmin ssenari müəllifləri Elçin Musaoğlu, Elxan Nəbiyev,
operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir
Məmmədov və başqaları ifa edirlər.
Cəvahir
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi