Tabloid.az
Baloğlan Əşrəfovdan Rauf Məmmədova cavab: “Bu, onun deyəcəyi söz deyil”

Əməkdar artist Baloğlan Əşrəfov tanınmış bəstəkar Rauf Məmmədovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Sənətçi Publika.az-a açıqlamasında bildirib ki, hər zaman R.Məmmədovun bəstələrini ifa edəndə onun adını çəkib:
“Rauf Məmmədov gözəl bəstəkardır, dostumuzdur, ona böyük hörmətim var. Amma inanmıram ki, o, belə ifadə işlətsin ki, Mübariz Mənsimov məni həmin mahnıya görə müalicə etdirib. Bu, onun deyəcəyi söz deyil. Həmişə onun adını çəkmişəm. Sadəcə, bəzən yaddan çıxa bilər. Bizim borcumuzdur ki, onun mahnısını ifa edəndə adını çəkək. Ola bilər, nəyəsə görə incik düşüb. Rauf bizim qardaşımızdır. Gözəl mahnılar yazıb, biz də azdan-çoxdan bacardığımız qədər oxumuşuq. Mübariz Mənsimovun məni onun mahnısına görə müalicə etdirməyinə gəlincə, Mübariz müəllimin valideynləri məni tanıyanda heç onunla dost deyildim”.
Qeyd edək ki, bəstəkar Rauf Məmmədov Publika.az-a müsahibəsində əməkdar artist Baloğlan Əşrəfovdan incidiyini bildirmişdi:
“Baloğlan Əşrəfov mənim yazdığım “Anam mənim” mahnısını oxuyub,
o bəstə ilə pullar da qazanıb. Hətta o mahnıya görə Mübariz
Mənsimov əməliyyat xərclərini də üzərinə götürüb. Son vaxtlar ondan
çox inciyəm. Mənim mahnılarımı oxuyub, adımı çəkmir. Bu gün ən çox
oxunan bəstəkarlardan biriyəm. Heç kimə embarqo da qoymuram.
Mahnını düz oxusunlar, adımı çəksinlər. Kiminsə adını səhv desən,
xoşuna gəlməz. Mənim üçün puldan da önəmli qiymət verilməsidir.
Çünki mahnılarım mənim üçün əzizdir”.
İntiqam VALEHOĞLU

-
Hadisə00:45
Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Uçmağa icazən var
-
İdman19 İyul 23:12
Neymar 1,5 milyona aldığı avtomobili bu səbəbdən sürə bilməyəcək - FOTO
-
Yaxın Şərq19 İyul 23:00
20 il komada qalan "Yatmış Şahzadə" VƏFAT ETDİ
-
Magazin119 İyul 22:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region19 İyul 21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya19 İyul 21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika19 İyul 20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ