Tabloid.az
Janna Friske imana gəlib

Beyin xərçəngindən müalicə olunan tanınmış müğənni Janna Friske xəstəliklə mübarizə apardığı müddətdə imana gəlib.
O məhz etiqadın köməyilə özünə daha inamlı və güclü olduğunu bildirib.
Publika.az Starhit-ə istinadən xəbər verir ki, bu barədə müğənninin dostu jurnalist Otar Kuşanaşvili məlumat verib.
O, sonuncu dəfə Janna ilə telefonla danışdığını və onun dinə-imana gəldiyini bildirib. Janna belə deyib: “Sən təsəvvür etmirsən ki, mən dindən nələr öyrənirəm! Heç vaxt fikirləşməzdim ki, bunu nə vaxtsa edə biləm. İnanılmazdır. Mən dua edirəm. Əvvəl sadəcə sözləri tələffüz edirdim, indi hər bir hərfi hiss edirəm”.
Qeyd edək ki, rusiyalı pop-ifaçının bu ilin əvvəlində ağır xəstə olduğu və müalicə almaq üçün Almaniyaya yollandığı barədə xəbərlər yayılmışdı. O zaman 39 yaşlı Jannanın mətbuat katibi Anisa Aşiku bu məlumatın yalan olduğunu və ifaçının Mayamidə istirahət etdiyini bildirmişdi.
Daha sonra Aşiku müğənninin yanında olan həyat yoldaşının rəsmi
açıqlamasını dərc edib və hər kəsin xoşagəlməz hadisəni sakitcə
qəbul etməyini istəyib. Ulduzun həyat yoldaşı Dmitri Şepelov
ailələrinin probleminin bir neçə gün öncə ümumi problemə
çevrildiyini deyib: "Bununla biz bütün söz-söhbətə son qoymaq
fikrinə düşdük, Jannanın pərəstişkarlarının doğrunu bilmək haqqı
var. Ailəmizdə çətin anlar yaşanır. Həyat yoldaşım xərçəng
xəstəliyinə tutulub. Biz onun sağlamlığını qaytarmaq üçün əlimizdən
gələnləri edirik, bir dəqiqədə olsa, inamımızı itirmirik”.
Qeyd edək ki, Janna Friske 1996-cı ildən etibarən “Blestaşiye” adlı
qızlardan ibarət olan qrupda çıxış etdikdən sonra məşhurlaşmağa
başlayıb. 2003-cü ildə isə solo karyeraya başlayıb, bundan əlavə,
bir neçə kinoda çəkilib. Ötən ilin aprel ayında isə Mayamidə onun
oğlan övladı dünyaya gətirib.
Gülnar

-
Region21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi
-
MDB20:30
“Bütün Ukrayna bizimdir” - Putin
-
Yaxın Şərq20:10
İsrailin aviabazalarına zərbələr endirildi
-
Region19:50
Paşinyan Göy Məsciddə - Video
-
Kriminal18:30
Burun əməliyyatından sonra ölən Nəzrinin həkiminin məhkəməsi başladı
-
Dünya16:42
Məşhur nəşrdən qalmaqal: İranı 6 yerə böldülər - FOTO
-
Nida Xəbər 15:11
Saxlanılan icra başçısı bu yüksək vəzifəli şəxsin yaxın qohumudur
-
Sosial14:42
DTX əməliyyat keçirdi: Bu rayonun icra başçısı SAXLANILDI