Tabloid.az
Azərbaycanlı alim Oksford Akademiya İttifaqının təsisçisi oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev Böyük Britaniyada Oksford Akademiya İttifaqının təsisçiləri və üzvləri sırasında yer alıb.
Publika.az xəbər verir ki, yeni qurum elm və təhsil liderlərinin Oksford sammitində imzalanmış memorandumla yaradılıb. Avropa Biznes Assambleyası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycandan əlavə 30-dan çox ölkə təmsil olunub. H.Quliyevin təsisçilərin sırasında yer alması sammitin təşkilat komitəsinin təklifi ilə reallaşıb. Həmçinin, Azərbaycan aliminə ittifaqa üzvlük barədə sertifikat təqdim olunub.
Sammit çərçivəsində təşkil olunmuş dəyirmi masada “Gələcəyin universiteti”, “Təhsilin, elmin və istehsalatın effektiv inteqrasiya formaları” və “Təhsil prosesinin yaxşılaşdırılması” adlı mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda “Gələcəyin universiteti” mövzusunda Beynəlxalq müsabiqənin mükafatlandırılma mərasimi təşkil olunub, qaliblər müxtəlif diplom və sertifikatlarla təltif ediliblər.
Temza Dolinası Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüş və Vindzor qəsrinə ekskursiya da yer alıb.
Sammitin proqramında Səfər çərçivəsində akademik bp şirkətinin məsul işçiləri ilə də görüşüb. GGİ ilə şirkətin birgə apardıqları tədqiqatların hazırkı mərhələsi müzakirə olunub. Prioritet elm sahələrində görülən işlərin mühüm nəticələr verəcəyinə, yeni texnologiyaların elmi əsaslarının hazırlanması üçün imkan yaradacağına əminlik ifadə olunub, bu məqsədlərə yönəlmiş beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi zəruri hesab edilib.

-
ABŞ02:42
ABŞ Daxili Təhlükəsizlik Naziri xəstəxanalıq oldu
-
Nida Təhlil 00:30
AzTV Əhmədinejadın "ölüm" xəbərinə görə ÜZR İSTƏDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Qapıları açıq saxlayın
-
İKT17 İyun 22:48
Tanınmış jurnalistə yüksək vəzifə verildi
-
Magazin117 İyun 22:36
Şahidləri Murad Dadaşov oldu - FOTO/VİDEO
-
Yaxın Şərq17 İyun 22:24
İsraillilərə ÇAĞIRIŞ ETDİ: "Canınızı xilas etmək üçün şəhərləri tərk edin"
-
Sosial17 İyun 21:30
Müavinət və təqaüdlərin artımlarının ödəniləcəyi TARİX AÇIQLANDI
-
Yaxın Şərq17 İyun 21:24
İran İsrailin hava bazalarına zərbələr endirdi