Tabloid.az
“Grammy” mükafatçısı Bakıda
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə paytaxtımızda keçirilən “Bakı Beynəlxalq Caz Festivalı – 2014” davam edir.
Publika.az-ın məlumatına görə, festival çərçivəsində növbəti konserti Heydər Əliyev Sarayında əfsanəvi musiqiçi Stenli Klarkın kvarteti təqdim edib.
Dörd dəfə “Grammy” mükafatı almış Stenli Klark dünyanın ən məşhur
akustik və elektron bas gitaraçısıdır. Bəstəkar və musiqiçi olan
Stenli Klarkın ifası insanları yüksək texnikası və mükəmməlliyi ilə
heyrətləndirir.
Stenli Klarkın ilk albomu “Children of Forever” adlanır. “The
Bass-ic Collection”, “At the Movies”, “The Rite of Strings”, “East
River Drive”, “Live 1976-1977”, “If This Bass Could”, “Project”,
“Time Exposure” albomları isə musiqiçinin ən yaxşı albomları hesab
edilir.
Konsertdə Stenli Klarkla yanaşı, Beka Qoçiaşvili (piano), Kameron
Qraves (milli alətlər), Maykl Miçel (zərb alətləri) də çıxış edib.
İlk ifalarından tamaşaçıları ələ alan musiqiçilərin çıxışları
cazsevərlərin sürəkli alqışları ilə müşayiət olunub.
Cəvahir
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO