Asena Sevdanın yalanını üzə çıxardı
Bizi izləyin

Tabloid.az

Asena Sevdanın yalanını üzə çıxardı

Asena Sevdanın yalanını üzə çıxardı

Ötən gün tanınmış türk rəqqasəsi Asenanın Bakıya gəlməsi və rəqqasə-müğənni Sevda Sanalıyeva ilə işbirliyinə başlaması xəbəri mətbuatda yayılmışdı.

Publika.az xəbər verir ki, Sevda mətbuata açıqlamasında Asena ilə bir Türkiyə səfərində rastlaşdıqlarını və bu proyekti o zaman gerçəkləşdirməyi planlaşdırdıqlarını söyləyib.

Bununla əlaqədar yenə Türkiyəyə səfərə yollanan sənətçi, nəzərdə tutulan bu işbirliyinin Bakıda həyata keçiriləcəyini deyib.

Məsələ ilə bağlı rəqqasə Aytənlə əlaqə saxladıq. İşdən xəbərdar olmadığını qeyd edən rəqqasə Asenayla əlaqə saxladı.

Asenanın Aytənə yazdığı mesajı olduğu kimi sizə təqdim edirik: “O qız kimdir? Yalan söhbətdir, mən Azərbaycana gəlmirəm. Bunun adı nədir? Belə şeylər niyə yazılır anlamıram. Mən yalnız Aytənlə yaxın dostam. O, birisi oteldə idi, mən də yemək yeyirdim. Yaxınlaşıb, mənimlə şəkil çəkdirdi. Nömrəmi istəyib, dedi ki, toy olacaq, səni ora çağıracam”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm