Tabloid.az
Əməkdar artistdən jurnalistə hörmətsizlik
ANS-in efirində Ulvira Qarayevanın aparıcılığı ilə yayımlanan “Evdəyik” verilişinin çəkilişində Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Vəfa Zeynalova ilə Publika.az-ın əməkdaşı İntiqam Valehoğlu arasında gərgin anlar yaşanıb.
Əməkdaşımızın bir müddət öncə yazdığı yazıya etiraz edən aktrisa ona qarşı sərt ifadələr işlətməkdən çəkinməyib. Jurnalistlə aktrisanın “söz atışması” verilişin digər qonaqları, əməkdar artist Əjdər Həmidov, tanınmış aktyor Anar Heybətov və verilişin aparıcısı Ulvira Qarayevanın müdaxiləsindən sonra sakitləşib.
İntiqam Valehoğlu baş verənlərlə bağlı bunları deyib:
“Təxminən iki ay öncə Vəfa xanıma zəng vurub müsahibə almaq
istədiyimi dedim. O isə bildirdi ki, mətbuata müsahibə vermək
istəmir. Elə verilişdə də bu cür dedi. Təbii ki, bu,
ayrı-seçkilikdir. Necə ola bilər ki, adam efirə çıxır, amma
mətbuata müsahibə vermir? Mən də bununla bağlı bir yazı yazdım…
Əjdər Həmidovla söhbət edirdik. Birdən Vəfa Zeynalova lazımsız və
dəxilsiz müdaxilə etdi, emosional danışmağa başladı. Təbii ki,
qadın olduğunu nəzərə alıb, ona danışdığı tərzdə cavab vermədim.
Bütün hallarda əməkdar artist fəxri adını daşıyan şəxsə bu cür
davranış yaraşmır”.
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO