“Eurovision” qalibini ağlatdılar – FOTO
Bizi izləyin

Tabloid.az

“Eurovision” qalibini ağlatdılar – FOTO

Bu yaxınlarda 18 illik sevgilisi Demir Demirkandan ayrılan “Eurovision” mahnı müsabiqəsinin qalibi Sertab Erener dostları ilə Taksimdə getdiyi bir restoranda gözləmədiyi hadisə ilə üzləşib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən məkandakı müştərilərin bir ağızdan Erenerin "Aldırma Deli Gönlüm" mahnısını oxumaları sənətçini göz yaşlarına boğub.

18 illik sevgilisi Demir Demirkanın əlaqələri haqqında danışmaması üçün məhkəməyə müraciət edən Sertab Erenerin son günlər çox gərgin göründüyü bildirilir. Qeyd olunur ki, müğənni depressiyaya düşməmək üçün tez-tez dostlarıyla müxtəlif məkanlara üz tutur, özünü ovundurmağa çalışır.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm