“Toy olsun” bərpa olunur?
Bizi izləyin

Tabloid.az

“Toy olsun” bərpa olunur?

Tanınmış müğənni Yusif Mustafayev qonağı olduğu “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbərə maraqlı təklif edib.

Publika.az xəbər verir ki, sənətçi həftənin bir gününün imkansız şəxslərin ailə qurmasına həsr edilməsinin tərəfdarı olduğunu bildirib:


“Elgiz bəy, mən bu verilişin daimi tamaşaçısıyam. O gün gördüm ki, işsizlərin işlə təmin olunmasına kömək edirsiniz. Çox istərdim ki, imkansız gənclərin ailə qurmasına da yardım edəsiniz. Ya da “Toy olsun” kimi bir layihə olsun”.

Elgiz Əkbər isə müğənninin təklifinə belə cavab verib:

“Toy olsun” sosial sifariş idi. Bunu ilk dəfə biz etdik və bir neçə ailə quruldu. Onların arasında uğurluları da oldu, uğursuzları da. Amma indi belə bir layihə etmək fikrim yoxdur. Kim davam etdirmək istəyirsə, buyursun. Çünki “Toy olsun”un son həftələrində baş verən hadisələrdən sonra başa düşdüm ki, mən bu kontingentlə işləyə bilmərəm”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm