Tabloid.az
Habil Əliyev: “Şərqiyyənin nəzarətindəyəm”
Xalq artisti, ustad sənətkar Habil Əliyevin səhhəti normaldır. Publika.az kaman ustası ilə hal-əhval tutdu.
Bizi yüksək əhvali-ruhiyyə ilə salamlayan sənətkar zarafatlarından da qalmadı.
- Necəsiniz, Habil müəllim, kef-əhval necədir?
- Əlayam, a qızım. Səsimdən də, yəqin, hiss edirsiniz ki, əhvali-ruhiyyəm çox yaxşıdır. Şərqiyyə uşaq kimi nazımı çəkir, yeməyim qabağımda, kamançam yanımda, daha nə dərdim ola bilər ki…
- Maşallah, maşallah, Allah nəzərdən saxlasın. Şərqiyyə xanımsız bir gününüz olmasın.
- Mənim üzüm güləndə Şərqiyyənin də kefi əla olur. Arvad sarıdan yaman yarımışam.
- Gəlib-gedən, baş çəkən çoxdurmu?
- Telefonlar, demək olar ki, susmur. İstər ev telefonu olsun, istərsə də mobil, hər kəs zəng edir, hal-əhval tutur. Çoxları yanıma gəlib məni narahat etmək istəmir. Amma ürəklərinin mənimlə olduğunu deyirlər. Yanıma gələnlər də çoxdur. Nəvələrim də yanımdan əl çəkmir, başımı qarışdırırlar.
- Kimlər maraqlanır?
- Millət vəkilləri Aydın Mirzəzadə, Ziyafət Əsgərov – sağ olsunlar, tez-tez halımı soruşurlar, maraqlanırlar. Dünən şair dostum Vüqar Əhməd gəlmişdi. Elə imkan tapıb mənim haqqımda bir veriliş də elədilər. Ordan-burdan danışdıq, eynim açıldı. Sözün düzü, hələ verilişə çəkilmək istəmirdim, amma Vüqarla köhnə dostuq.
(Söhbətə Şərqiyyə xanım da müdaxilə edir: “Habil Vüqar müəllimlə keçmiş xatirələri danışıb, o qədər güldülər ki…Vüqar müəllim Habilə dedi ki, sən kompüter kimi hər şeyi necə də dəqiqliklə yadda saxlamısan”. – C.S)
- Habil müəllim, inşallah, nə vaxt Sizi çöldə-bayırda görə biləcəyik?
- İndi havalar soyuyur, yoxsa çıxıb havada gəzərdim. Şərqiyyə qoymur, yoxsa məndən olsa, tədbirlərə də gedərəm, televiziya verilişlərinə də. Sizin kimi jurnalistlər zəng edirlər – müsahibə almaq, görüşmək, veriliş hazırlamaq istəyirlər. Amma Şərqiyyə deyir ki, bir az gözlə. Əslində, çox yaxşıyam, amma inşallah, mayda yenə əvvəlki kimi tədbirlərə də gedəcəm, verilişlərə də çıxacam.
- Mayda ad gününüzdür axı…
- Hə, Şərqiyyə indidən tədarük görür.
- Kamançanızla aranız necədir e, heç əlinizə alırsınız?
- Anamın şəkli, bir də kamançam daima gözümün qabağındadır. Kamança ilə nəfəs alıram.
- Həkimlər necə, müalicəni davam etdirirlər?
- Elə evdəkilərin hamısı həkimdir də. Şərqiyyə də başda.(gülür) Şərqiyyənin nəzarəti altındayam. Əvvəllər səhhətim yaxşı deyildi, bilirsiniz. Amma indi əvvəlki Habiləm.
Cəvahir Səlimqızı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq