Tabloid.az
Türklər Bakıda bizi təhqir etdi - Nazirlik araşdırmaya başladı
Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət Günləri çərçivəsində Akademik Milli Dram Teatrında göstərilən Ankara Dövlət Teatrının “Nereye” tamaşası ilə bağlı baş verənləri araşdıracaq.
Bu barədə Publika.az-a nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verib.
İ.Hümbətov qeyd edib ki, ilk dəfə olaraq Azərbaycanda Türkiyə
Mədəniyyət Günlərinin keçirilməsi iki qardaş ölkə arasında mədəni
əlaqələrin inkişafına təkan verir:
“Noyabrın 23-də Türkiyənin mədəniyyət və turizm naziri Ömer Çelikin
iştirakı ilə Heydər Əliyev Mərkəzində təntənəli açılış mərasimi
oldu. Bu günə qədər tamaşalar, filmlər, sərgilər nümayiş etdirilib.
Bu məsələ ilə bağlı müvafiq şöbəmizdə araşdırma aparılacaq”.
Qeyd edək ki, gənc aktyor, rejissor Elvin Adıgözəl dünən
Türkiyənin Mədəniyyət Günləri çərçivəsində Akademik Milli Dram
Teatrında göstərilən Ankara Dövlət Teatrının “Nereye” tamaşasından
olan bir səhnəyə etiraz olaraq Mədəniyyət və Turizm naziri Əbülfəs
Qarayevə müraciət edib. Aktyor axar.az-a açıqlamasında bunları
deyib:
"Azərbaycanda keçirilən Türkiyənin Mədəniyyət Günləri çərçivəsində Akademik Milli Dram Teatrında göstərilən tamaşaya baxmağa getdim. Bu tamaşaya baxarkən çox pis oldum və Azərbaycan millətinin təhqir olunmasının şahidi oldum. Sanki Ankara Dövlət Teatrı Azərbaycana məhz bu milləti təhqir etmək üçün gəlmişdi. Tamaşa zamanı səhnədə olan aktyor, “Abi, biz azəriləri yanımızda ucuz işçi kimi işlədirik, deməli, bizi də xaricdə elə işlədəcəklər?"; “Abi, bizə görə hansı millətlər 2-ci kateqoriyadır? Bizdən şərqdə olanlar... Azərilər, iranlılar və s.” kimi cümlələr istifadə olundu. Hətta bununla kifayətlənmədilər. Tamaşa zamanı aktyor yüksək səslə dedi ki, “güc kimdədirsə, o üstündür. Yəni minən var və əzilən var”.
İntiqam VALEHOĞLU
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri