Tabloid.az
Mənzurə Musayeva sevgilisini üzə çıxardı – FOTOLAR+VİDEO
Tanınmış müğənni Mənzurə Musayeva bir gülləyə iki dovşan vurdu.
Publika.az-ın məlumatına görə, müğənni media mənsublarını başına yığıb iki klipinin təqdimatını etdi. Musiqisi Qənbər Hüseynliyə, sözləri Zeynal Xəlilə məxsus olan “Ay işığında” və “Sevgilim” mahnılarına çəkilən kliplərin təqdimat mərasimində sənətçinin yaxın dostları – Gülüstan Əliyeva, Rəhilə Bəndəliyeva, Yeganə, Zakir Əliyev, Əlikram Bayramov, Bahar Lətifqızı, Aşıq Samirə, Aşıq Namiq, Cavanşir Məmmədov və digər həmkarları iştirak etdilər. Rejissor Emin Əhmədovun ekran yozumunda ərsəyə gələn “Ay işığında”da Mənzurə Musayeva musiqiyə uyğun olaraq lirik-romantik ovqatda təqdim olunub.
Sözləri Aqşin Fərhada, musiqisi Tural Bakuviyə məxsus olan “Sevgilim”ə gəlincə, rejissor Azadın yozumunda ərsəyə gələn klipdə iki gəncin sevgi münasibətlərindən bəhs olunur.
Təqdimat mərasimində Mənzurəni tərif yağışına tutan həmkarları hər iki klip barədə ürək sözlərini ifadə etdilər.
Əməkdar artist Gülüstan Əliyeva sənət dostu barədə bunları söylədi: “Mənzurənin səsi və ifası hər zaman mənim xoşuma gəlib. Fərqli səsi və ifa tərzi var. Mahnılarını sevə-sevə dinləyirəm. Onun səsində olan məlahət mənə korifey sənətkarlarımızı xatırladıb. Mən onun kliplərini də çox bəyəndim. Klip mahnının ovqatına uyğun çəkilib. Həm də bu kliplər başqalarına bənzəmir. Hər şeydən öncə bayağı deyil. Düşündürücüdür”.
“Mənzurə Musayeva hər zaman canlı ifası ilə təəccübləndirib. Heç vaxt onun fonoqramla oxuduğunu görməmişəm. Bax buna deyərəm əsl səs. İstənilən vaxt ondan canlı ifa istəsən, oxuyacaq. Eyni zamanda məhsuldar sənətçidir. Bu gün iki klipini üzə çıxarıb, davamı gəlsin”, - əməkdar artist Cavanşir Məmmədov sənət dostunun uğurlarına sevindiyini belə ifadə etdi.
Mənzurə də təəssüratlarını paylaşdı: ““Ay işığında” mənim ən çox sevdiyim musiqilərdən biridir. Hər zaman arzulamışam ki, bu əsərə Azərbaycan musiqisində şedevr musiqilərdən biri kimi klip çəkdirim. Gələcəkdə də milli musiqimizdə məxsusi yeri olan mahnıların ekran versiyasını təqdim edəcəyəm. Qoy yeni nəsil bu gözəl mahnıları dinləyib sevsinlər. “Sevgilim” də repertuarımda olan lirik mahnılardan biridir. Ümid edirəm ki, bu mahının da ekran versiyası sevənlərimin ürəyincə olacaq”.
Cəvahir Səlimqızı
Foto müəllifindir
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO