Tabloid.az
Elzaya 150 000 manat xərcləyən sponsor kimdir?
Elza Seyidcahan möhtəşəm layihə üzərində çalışır. Bəstəkar-müğənni iyul ayında növbəti dəfə solo-konsert proqramı ilə çıxış edəcək.
Bu barədə Publika.az-a danışan Elza “Təyyarə” adlı həmin konsertini təyyarə qəzaları zamanı həlak olanlara həsr edəcəyini bildirdi: “Çox böyük bir layihə olacaq. İyul ayına nəzərdə tutulan bu layihə səhnə dekorasiyası və fərqli geyimləri ilə diqqət çəkəcək. Böyük bir komanda artıq hazırlıqlara başlayıb”.
Seyidcahanın sözlərinə görə, konsert təyyarədə olacaq. Uçuş zamanı dinləyicilər ekstravaqant Elzanın musiqisinin sədaları altında dincələcək: “Çox güman ki, uçuş Azərbaycan daxilində nəzərdə tutulub. Ya Naxçıvan, ya da Gəncəyə olan uçuş zamanı konsert təşkil olunacaq. Qabaqcadan konsertin piyarı aparılacaq, afişalar vurulacaq. Kim mənim təyyarədə konsertimi dinləmək arzusunda olacaqsa, həmin adamlar nəzərdə tutulmuş bölgələrə uçuş imkanı əldə edəcək. Biletlərin qiymətinə gəlincə, təyyarə bileti neçəyədirsə, insanlar həmin qiymətə bilet alacaqlar.
Elza Seyidcahan onu da bildirdi ki, layihə böyük büdcəni əhatə edəcək: ”Söhbət yüz minlərlə vəsaitdən gedir. Konsertin sponsorları bu vəsaiti ödəyəcəklər”.
Sürprizləri sevən Elza bu dəfə də fərqli və ekstravaqant geyimləri ilə tamaşaçılarını heyrətləndirəcək. Geyimlər üzərində sənətçinin bacısı Lalə və digər heyət çalışacaq.
Cəvahir Səlimqızı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR