Bakıda postmoderntistlərin Vətən şeirləri səhnələşdirildi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bakıda postmoderntistlərin Vətən şeirləri səhnələşdirildi - FOTOLAR

Ötən gün Yuğ teatrında "Bu bizik" gənclər qrupunun hazırladığı poeziya teatrı psinsiplərinə uyğun "Qarabağ vaxtı" interaktiv tamaşasının təqdimat mərasimi keçirildi.


Publika.Az-ın verdiyi məlumata görə, tamaşanın əsas mövzusu "Qarabağ bizdən həmrəy olmağı tələb edir. Gəlin həmrəy olmağı məşq edək" idi. Tamaşada postmodern şairlərin vətən, Qarabağ haqqında şeirləri səhnələşdirilmiş şəkildə təqdim olunub.

Tamaşanı izləməyə gələnlər işğal altında olan Qarabağa qovuşmağımızın reseptini tamaşaya rejissorluq edən Samir Salamın dilindən eşitdilər: "Qarabağı öncə düşüncələrimizdə almalıyıq, sonar düşmənin üstünə getməliyik".

Bütün tamaşa boyu uşağın "həmrəylik nədir?" sualına interaktiv, zalda əyləşən tamaşaçıların köməyi ilə maraqlı və qeyri-adi cavablar verildi.
Yaradıcı qrupun diqqət çəkən şeir təqdimatlarından biri ustad söz sahibi Baba Pünhanın obrazını yaradan gəncin onun şeirlərini özü oxuduğu kimi təqdim etməsi oldu. Bundan başqa Qarabağ müharibəsində bayraq altında döyüşə gedən kişiylə bayrağı toxuyan qadının dioloqu, iki cinsin nümayəndələrinin sözlü deyişməsi, bir döyüşçünün qadın formasındakı ruhla və öz vicdanıyla söhbəti, ATƏT haqqında postmodern yumoristik şeir tamaşada ən diqqətçəkən məqamlardan biri idi.

Səsləndirilən şeirlər ud və nağaranın köməyi ilə ətrafa rəngarəng ahəng saçırdı. Gənclər əsasən bu günə qədər heç yerdə eşidilməyən Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalının, gənc şair Kəramət Böyükçölün və başqalarının vətənpərvərliklə, həmrəyliklə bağlı şeirlərini ifa ediblər. Qeyri-adi üslubda yazılan şeirlər içərisində Sabir Rüstəmxanlı və Bəxtiyar Vahabzadənin bir şeirini tamaşanın leytmotivinə uyğun olduğu üçün ifa edildi.

Tamaşanın iştirakçıları Tural Əhməd, Günel Lətfi, Əbülfəz Fətəliyev, Kəmalə İsmayıllı, Sənan Əlləz, İlqar Babayev, Elşad Quliyev(nağara), Şəhriyar Musayev(ud), Təbriz Əmrahov, Nailə Binnətzadə(dua edən qızcığaz rolunda) kimi istedadlı gənclər oldu.

Sonda körpə bir qızcığaz qeyri-adi dua oxuması ilə tamaşa bitdi.


Qeyd edək ki, gənclərdə, əsgərlərdə, diasporamızda vətənpərvərlik hisslərinin genişləndirilməsi üçün tamaşanın universitetlərdə, hərbi hissələrdə, diaspor mərkəzlərində nümayiş etdirilməsi planlaşdırılır. Ən sonda paytaxt teatrlarının birinin böyük səhnəsində qala-təqdimat keçiriləcək.

"Bu bizik" yaradıcı qrupu başlıca olaraq vətənpərvərlik tədbirlərinin, ədəbi-bədii gecələrin, tamaşa və konsertlərin, müsabiqələrin təşkili ilə məşğuldur. Bu günə qədər Milli Qərhəman Mübariz İbrahimova həsr olunmuş "Sevgi qurbanı" müzikli qrupun gerçəkləşdirdiyi ən parlaq layihələrdəndir. Qrupun məqsədi millətimizin müsbət cəhətlərini , gözəl xüsusiyyətlərini həm ölkə daxilində, həm də ölkə xaricində təbliğ etmək, insanlarımızda yeri gəldikdə, qürur hissi ilə "bu bizik" demək bacarığını, vərdişini formalaşdırmaqdır. Qrupun rəhbəri Bəybala Mirzəyevdir.

Əlavə edək ki, tamaşaya tamaşaçı qismində qatılanlar içərisində xalq artistləri Flora Kərimova və Alim Qasımov və Dünya Azərbaycanlıları Konqresinin həmsədri, yazıçı Sabir Rüstəmxanlı var idi.

Nailə RÖVŞƏNQIZI
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm