Tabloid.az
Gülyanaq Məmmədova ilk klipini təqdim etdi
Dekabrın 20-də Azərbaycanın Xalq Artisti Gülyanaq Məmmədovanın ifa etdiyi “Xaçmazım” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, klip
ictimaiyyətə adəti üzrə paytaxtda deyil, Xaçmaz şəhərində təqdim
olunub.
Təqdimatda klipin yaradıcı heyəti, sənətçinin dostları və media
nümayəndələri iştirak ediblər.
Mahnının sözləri şair Vahid Əzizə, musiqisi Tahir Əkbərə
məxsusdur.
Xaçmaz şəhərinin görməli yerlərində lentə alınan klipin rejissoru
Dəyanət Rzayevdir.
Klipdə yer alan səhnələr rayonun tarixi abidələri, diqqət çəkən
tikililəri və istirahət məkanlarında çəkilib.
Xalq Artisti bildirib ki, bu, mənim ilk klip təqdimatımdır.
Yaradıcı heyətinin işindən razı qaldığını bildirən Gülyanaq
Məmmədova Xaçmaz rayonunun gözəlliklərini vəsf edən musiqini
sevə-sevə ifa etdiyini bildirdi.
Klipin rejissoru Dəyanət Rzayev çəkiliş prosesində məkan seçimi
zamanı çox vaxt itirilmədiyini qeyd edib. O, Xaçmaz şəhərinin abad
görkəmi ilə klipə vizual baxımdan bir sıra özəlliklər qatdığını
vurğulayıb.
Daha sonra klip tədbir iştirakçılarına təqdim olunub.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi