Horadizdə "İlyas Əfəndiyev – 100 il" adlı tədbir keçirildi
Bizi izləyin

Tabloid.az

Horadizdə "İlyas Əfəndiyev – 100 il" adlı tədbir keçirildi

Ölkə Prezidenti lham Əliyevin Sərəncamına uyğun olaraq Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi keçirilir.

Publika.az-ın məlumatın görə, İlyas Əfəndiyevin 100 illik yubilyi doğulduğu Füzuli rayonunda da silsilə tədbirlərlə qeyd olunur. Bununla bağlı rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam imzalanıb, tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq Horadiz şəhərindəki Muğam Mərkəzində İlyas Əfəndiyev – 100 il adlı tədbir keçirilib. Tədbirdə Baş Nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev iştirak edib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Baş Nazirin müavini Elçin Əfəndiyevlə birgə əvvəlcə Horadiz şəhərindəki Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ehtiramlarını bildiriblər.

Sonra tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində xalq yazıçısı, dövlət mükafatı laureatı İlyas Əfəndiyevin əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış edərək, İlyas Əfəndiyevi Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə edib, onun ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb.

Alı Alıyev bildirib ki, müasir Azərbaycan ədəbiyyatında xüsusi dəst–xətti olan yazıçının əsərləri bu gün də sevilə-sevilə oxunur. Qeyd edib ki, milli mənəvi dəyərlərə hörmət İlyas Əfəndiyev yaradıcılığının əsas qayəsini təşkil edir. İlyas Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir dildə yazması olub.

Sonra rayon Mədəniyyət və Turizm şöbəsi və Füzuli Dövlət Dram Teatrı tərəfindən hazırlanan “Sən həmişə mənimləsən” adlı ədəbi-bədii məclis keçirilib.

Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Mahnı dağlarda qaldı", "Unuda bilmirəm", "Bizim qəribə taleyimiz" pyeslərindən səhnələr nümayiş olunub.

Sonda baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib, rayonla bağlı xatirələrindən bəhs edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm