Tabloid.az
Hyuston Universitetinin nümayəndələri AMEA-da olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətində ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə akademik A.Əlizadə Bakı və Hyuston arasında olan
əlaqələrin tarixindən, hər iki ölkənin alimlərinin müxtəlif
sahələrdə əməkdaşlıq və dostluq münasibətlərindən danışıb. Bildirib
ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb
edir.
Bakıda olduğundan məmnunluğunu ifadə edən xanım Renu Xatur görüşdə Hyuston Universiteti haqqında geniş məlumat verib, universitetin professor-müəllim heyətinin dünyaca tanınmış və təcrübəli elmi işçilər, onların bir çoxunun Nobel mükafatçıları olduğunu qeyd edib. Qonaq Hyuston Universitetində təhsil alan tələbələrin etnik tərkibinin müxtəlifliyinə görə ABŞ-ın ikinci ən böyük elm müəssisəsi olduğunu diqqətə çatdırıb.
Görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlığın qurulması, bu
əməkdaşlıq çərçivəsində gənc alim və mütəxəssislərin mübadiləsi,
müştərək innovativ tədqiqatların aparılması və digər məsələlər üzrə
fəaliyyət göstərilməsində maraqlı olduğunu bildirib. Qeyd edilib
ki, AMEA ilə Hyuston Universiteti arasında gələcəkdə qarşılıqlı
təcrübə mübadiləsinin və birgə elmi tədqiqat işlərinin aparılması
hər iki elmi müəssisənin fəaliyyətinin daha səmərəli təşkili
istiqamətində böyük rol oynayacaq.
Görüşdə, həmçinin Azərbaycan elminin dünya elm və təhsil sistemlərinə inteqrasiyası məsələsi müzakirə olunub.
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq