Tabloid.az
Onun vəfatından bir il ötür
Bu gün Azərbaycanın əməkdar artisti, tanınmış müğənni Məhəbbət Kazımovun vəfatından bir il keçir. Əksər sənətkarların qənaətinə görə, Kazımov çox yaxşı xanəndə ola bilərdi və səs imkanları da buna cavab verirdi. Ancaq lirik nəğmələrə və toy stilində mahnılara yönlənməsi onun istənilən səviyyədə parlamasına mane oldu.
Təsadüfi deyil ki, daha çox lirik mahnılarla və xüsusən öz bəstəsi olan “Laçınım”la yaddaşlarda qalmışdı. O, 1953-cü ilin iyulunda Laçının Çorman kəndində anadan olmuşdu.
Səkkiz bacı, dörd qardaşdan ibarət ailənin başçısı - atası Allahverdi kişi təsərrüfatla, anası Südabə xanım isə evdarlıqla məşğul idi. 1974-cü ildə Bakıya gələn gələcəyin məşhur sənətkarı Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunur və ilk muğam dərslərini Nəriman Əliyevdən alır. Ardınca isə təhsilini xalq artisti Ağaxan Abdullayevin sinfində davam etdirir.
1976-cı ildən peşəkar səhnədə olan M.Kazımov gənc yaşlarında “Dan ulduzu” ansamblının solisti olub. Solo karyerası boyunca Rusiya, İran, Türkiyə kimi ölkələrdə konsert proqramları ilə çıxış edib.
1990-cı ildə ailə quran sənətkar üç uşaq atası idi. 2012-ci ildə əməkdar artist fəxri adına layiq görülən M.Kazımov 27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Allah rəhmət eləsin!
İntiqam VALEHOĞLU
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR