Mikayıl əsəbiləşdi: “Qələt edib, başını daşa döyür” – QALMAQAL
Bizi izləyin

Tabloid.az

Mikayıl əsəbiləşdi: “Qələt edib, başını daşa döyür” – QALMAQAL

Space telekanalında yayımlanan “Sevimli şou” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu tanınmış klarnet ifaçısı Zahid Qubadlının iddialarına cavab verib.

Qeyd edək ki, Zahid Qubadlı Publika.az-a müsahibəsində bildirmişdi ki, vaxtilə Mikayıl Güləddinoğlunun verilişinə sponsorluq edib:


“Mikayıl Güləddinoğluna deyirəm ki, sən “Space”-ə dünən gəlmisən, amma illərdir mənim bu telekanalların müxtəlif verilişlərində, yaradıcılıq gecələrində çıxışlarım olub. Habil Əliyev, İlhamə Quliyeva kimi sənətkarların yaradıcılıq gecələrində başda oturmuşam. Deyirəm ki, sən srağagün gəlib bir “palatka” verilişi açmısan, daha doğrusu, o verilişi palatka toyuna oxşatmısan, niyə əsl sənətkarları çağırmırsan? Deyir ki, guya rəhbərlik icazə vermir. Yəni inandırıcı olmayan bir cavabdır.

Deyirəm ki, vicdanın olsun... Mikayıl əvvəl bir verilişin aparıcısı idi. O zaman mən ona sponsorluq edib Türkiyəyə aparmışam. Sən Türkiyədə mənə edilən hörməti görə-görə, sənətimi bilə-bilə niyə efirə dəvət etmirsən? Belə başa düşürəm ki, dəvət etdiklərinin əksəriyyətindən təmənnası var. Məndən utandığı üçün gəlib, bu barədə nəsə deyə bilmir. Ancaq bir müddət əvvəl münasibətlərimiz çox yaxşıydı. Vaxt var idi, mənim yanımda gəzməyi özünə fəxr bilirdi. İndi də həmin Zahidəm, hələ ondan da artığam. O, sadəcə, şou-biznesin bicliklərini öyrənib”.

M.Güləddinoğlu isə Publika.az-a açıqlamasında bildirib ki, o, verilişinə musiqiçiləri dəvət etmir:


“Zahidin nə dediyindən xəbərim yoxdur, oxumamışam. Amma Zahid Qubadlı hər şeydən öncə mənim yerlimdir, canım-ciyərimdir, münasibətlərimiz də yaxşıdır. Zahid düz deyir ki, verilişə çağırılan qonaqlarla bağlı qərarı telekanalın rəhbərliyi verir”.

Teleaparıcı Zahid Qubadlının onun verilişinə sponsorluq etməsiylə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“O, mənim verilişimə heç bir sponsorluq etməyib. Mənim verilişimə musiqiçilər çıxmır, yalnız aşıqları dəvət edirik. Çünki verilişimin öz musiqiçiləri var. Rəhbərlik nə deyirsə, biz də o qayda ilə gedirik. Rəhbərliyin icazəsi olmadan kimisə dəvət etmirəm. Üç il əvvəl veriliş yeni yarananda Zahid bizim qonağımız olub. Onda verilişin strukturu tam formalaşmamışdı. İndi verilişə yalnız müğənnilər çıxır”.

Əməkdaşımızın “Bir çox müğənnilər də sizin verilişdən narazılıq edirlər. Bunun səbəbi nədir” sualına Güləddinoğlu sərt şəkildə reaksiya verib:

“Verilişimdən narazılıq edən müğənnilər qələt edib, başlarını daşa döyürlər. Gəlsinlər, cavablarını alsınlar. Məsələn, bu həftə verilişimdə xalq artistləri Ağadadaş Ağayev, Könül Xasıyeva və əməkdar artist Cabir Abdullayev qonaq olublar. Gələn efirdə Baloğlan Əşrəfov qonaq olacaq. Reytinqi olan nəhəngləri dəvət edirəm. Qıraq-bucaqda qalan adamların mənim verilişimdə nə işləri var? Kim sözünü deyə bilirsə, buyursun. Zahidə gəlincə, dediyim kimi, o, hər şeydən öncə mənim yerlimdir, canım-ciyərimdir”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm