Aşıq Samirə “Xoşbəxt oluram” dedi və oxudu - VİDEO
Bizi izləyin

Tabloid.az

Aşıq Samirə “Xoşbəxt oluram” dedi və oxudu - VİDEO

Aşıq Samirə Əliyeva “Qala” qrupunun solisti Ceyhun Əliyev ilə ifa etdiyi “Xoşbəxt oluram” adlı duetə çəkilən klipi təqdim edib.

Mahnının sözləri Anar Süleymanova, musiqisi Ceyhunun özünə məxsusdur. Ekran işinin rejissoruluğunu isə Delee həyatı keçirib. Klipdə istifadə olunan geyimlərin ideya müəllifi Səbinə İsmayılovadır.

Aşıq Samirə klip barədə fikirlərini Publika.az-la bölüşüb: “Mahnı o qədər pozitiv notlarla yazılıb ki, bunu hansısa sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Söz və musiqi bir-birini çox tamamlayır. Bütün sevib-sevənlər “Xoşbəxt oluram”da öz pak hisslərini tapacaqlar. Klipin ilk çəkiliş gününə gəlincə, yaradıcı heyət bütünlüklə gənclərdən ibarətdir. Özüm də daim yenilik etməyə səy göstərən gənclərdənəm. Odur ki, həm Delee, həm də Səbinə xanımın, həm də komandamızın işindən razı qaldım. Əlbəttə ki, yekun qərarı tamaşaçı verəcək. Çəkdiyimiz zəhmətin hədər getməyəcəyinə inanıram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm