Tabloid.az
Azərbaycanın ədəbiyyat və milli mətbəx paytaxtları seçildi
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi
məqsədilə nazirlik tərəfindən həyata keçirilən “2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramın davamı olaraq, “Xalq
Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq olunub. Yeni proqramla
əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın Ədəbiyyat
Paytaxtı” və Qax şəhəri “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan
edilib.
Bu münasibətlə 4 mart, saat 12.00-da Bakı şəhərində yerləşən
Azərbaycan Xalça Muzeyində 2015-ci il üçün Azərbaycanın Xalq
Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçiriləcək.
Məsələ ilə əlaqədar Şamaxı və Qax rayonlarında il ərzində
nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və
beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert,
müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin
təşkili nəzərdə tutulub.
Cəvahir
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu